Meksikanın Azərbaycan Respublikasındakı Səfiri Rodrigo Labardini Yasamal rayon Heydər Əliyev Mərkəzində qonaq oldu

Meksikanın Azərbaycan Respublikasındakı Səfiri Rodrigo Labardini Yasamal rayon Heydər Əliyev Mərkəzində qonaq oldu

Sentyabrın 23-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Meksikanın Azərbaycandakı Səfiri Rodrigo Labardini, səfirliyin İnzibati və Mədəniyyət İşləri üzrə rəhbəri Alexandra Ornelas Soto, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnurə İsgəndərova və Aygün İsgəndərova qonaq oldular.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara riayət olunmaqla qonaqlara Mərkəzin əməkdaşları tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər haqqında ətraflı məlumat verildi.

Meksikanın Azərbaycandakı Səfirliyi ilə Yasamal rayon Heydər Əliyev Mərkəzi arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün təkliflər irəli sürüldü. Daha sonra Səfir Rodrigo Labardini Mərkəzin Xatirə kitabına ürək sözlərini yazdı və xatirə şəkilləri çəkildi.

Sonda Yasamal rayon Heydər Əliyev Mərkəzi tərəfindən qonağa kitab hədiyyə edildi.