Yasamal rayon Heydər Əliyev Mərkəzində dezinfeksiya işləri aparılıb

Yasamal rayon Heydər Əliyev Mərkəzində dezinfeksiya işləri aparılıb

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Heydər Əliyev Mərkəzində koronavirus (COVİD19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə 14 sentyabr 2020-ci il tarixində Mərkəzin muzey hissəsində, konfrans zalında, kitabxanada, dəhliz və digər ərazilərdə dezinfeksiya işləri aparılmışdır. Mərkəzdə dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar gigiyenik vəziyyət daim nəzarətdə saxlanılır.