İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi və Yasamal rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə onlayn sərgi-müsabiqə və foto müsabiqə keçirilir

 İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi və Yasamal rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə onlayn sərgi-müsabiqə və foto müsabiqə keçirilir

Yasamal rayon Heydər Əliyev Mərkəzi koronavirus pandemiyası dövründə bir çox səfirliklərlə birgə əməkdaşlıq edərək onlayn sərgi-müsabiqələr, bir sıra sosial layihə və tədbirlər həyata keçirmişdir. İran İslam Respublikasnın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi və Yasamal rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə COVİD-19 qlobal pandemiyası dövründə, "Azərbaycan və İran həkimlərinin fədakarlığı iki ölkə yeniyetmələrinin baxışında" adlı onlayn sərgi-müsabiqəsi və eyni zamanda COVİD-19 qlobal pandemiyası dövründə, "Həyatı Bahasına Həyat Qurtaranlar" adlı onlayn foto müsabiqələrinin artıq ilkin mərhələsi keçirilib. Avqust ayının 15-də keçiriləcək növbəti mərhələdə hər iki müsabiqənin qalibləri elan olunacaq.