Muzey

Heydər Əliyev irsinin araşdırılması, təbliği və fondlarda qorunması istiqamətində fəaliyyət göstərən Mərkəzin ən cəlbedici və maraq doğuran bölümü Mərkəzin IV və V mərtəbələrində yerləşən muzey bölmələridir. 296 kv.m olan ekspozisiya sahəsində müasir tələblərə cavab verən tərtibat işləri aparılmışdır. Muzey bölməsində Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin şərəfli ömür yolunu və fəaliyyətini əks etdirən 281 ədəd eksponat toplanmışdır.

Mərkəzin V mərtəbəsi Heydər Əliyevin böyük tunc heykəlindən, ulu öndərin həyatı, fəaliyyəti və daxili siyasətinə həsr olunmuş 122 ədəd fotoşəkildən, 12 ədəd diplom və təltiflərdən, 7 ədəd mətnlə tərtib olunmuş şüşə lövhədən ibarətdir.

Mərkəzin IV mərtəbəsi Heydər Əliyevin xarici siyasətini əks etdirən 72 ədəd fotoşəkil, 10 ədəd mətn, rəsm əsərləri və 4 ədəd tunc heykəllərlə tərtib edilmiş zaldan ibarətdir.