Mərkəzin Kitabxana və informasiya texnologiyaları bölməsi, kitabxana və informasiya otağından ibarətdir. Mərkəzin kitabxana fondunda 1199 nüsxə kitab, jurnal, broşür və digər çap materialları toplanmışdır. Kitabxanadan istifadə edən oxucular Heydər Əliyevin siyasi irsini, fəaliyyətini, qurduğu dövlətçilik ənənələrini, azərbaycançılıq ideyasını kitabxana fondunda olan Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitablar və digər çap materiallarından öyrənərək yararlanırlar. Bundan əlavə kitabxanada dahi şəxsiyyətə həsr olunmuş yeni kitabların təqdimatı, oxucu konfransları, kitab sərgiləri, görüşlər təşkil olunur.Həmçinin elektron kitabxananın yaradılması işi davam etdirilir.

Ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən çox sayda sənədli filmlərdən ibarət fond yaradılmışdır.

İnformasiya otağında internet vasitəsilə müvafiq saytlardan dahi şəxsiyyət Heydər Əliyevin siyasi irsi, həyatı və fəaliyyəti haqqında məlumatları əldə etmək və müxtəlif kitabxanalarda olan kitabların elektron variantlarından istifadə etmək üçün 8 nəfərlik kompyuter masası var.