Heydər Əliyev və Azərbaycanda Gənclər Siyasəti. 2 fevral- Gənclər Günü

Heydər Əliyev və Azərbaycanda Gənclər Siyasəti. 2 fevral- Gənclər Günü

Fevralın 1-də Yasamal rayon Heydər Əliyev Mərkəzində 2 fevral- Azərbaycan Gəncləri Günü münasibətilə "Könüllü ol, inkişaf et" adlı sərgi-seminar keçirildi.
Seminarda Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbərinin müavini Fariz Abdullayev,Yasamal rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri Vaqif Məmmədov, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri, tədbirin təşkilatçıları Aygün və Elnurə İsgəndərovalar, Müdafiə Sənayesi Nazirliyinin ümumi şöbəsinin baş məsləhətçisi Tofiq Sadıqov, Nazirliyin YAP sədri Qalib Əfəndiyev, Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisə əməkdaşları, Azərbaycan Dövlət Pedoqoji Universitetin müəllim və tələbə kollektivi, fəal gənc rəssamlar və digər qonaqlar iştirak etdilər.
Seminar iştirakçıları öncə Mərkəzin foyesində Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin, Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllimlərinin və gənc rəssamların əl işlərindən ibarət sərgi ilə tanış oldular.
Qonaqlar Mərkəzin “Muzey” bölməsində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Ümummilli liderin əziz xatirəsini yad etdilər.
Seminarı giriş sözü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva açaraq qeyd etdi ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda 1996-cı ildən qeyd olunmağa başlanıb. 2 fevral gününün "Gənclər Günü" kimi elan olunması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ulu öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti ölkə başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.Ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən ,onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir.Təsadüfi deyil ki, ölkə Prezidenti cənab İlham Əliyev gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalayıb.
Tədbirin təşkilatçısı, layihə rəhbəri Elnurə İsgəndərova çıxışnda ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlərin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynadığını qeyd etdi və bayram münasibəti ilə gəncləri təbrik etdi.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nairliyinin Aparat rəhbərinin müavini Fariz Abdullayev,Yasamal rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri Vaqif Məmmədov, Müdafiə Sənayesi Nazirliyinin ümumi şöbəsinin baş məsləhətçisi Tofiq Sadıqov çıxışlarında bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən gənclər siyasətinin nəticəsi olaraq müasir Azərbaycan gəncliyinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirdilər və gənclərə respublikamızın daha da inkişafı istiqamətində göstərdikləri fəaliyyətlərində yeni-yeni uğurlar arzuladılar.
Sonda 2 Fevral - Gənclər Gününə həsr olunmuş film nümayiş olundu.