Heydər Əliyev və Azərbaycanda Gənclər Siyasəti. 2 fevral- Gənclər Günü

Heydər Əliyev və Azərbaycanda Gənclər Siyasəti.  2 fevral- Gənclər Günü

Yanvarın 31-də Yasamal rayon Heydər Əliyev Mərkəzi və Yasamal rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 fevral-Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirildi.
Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısı Elşad Həsənov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov,Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəis müavini Ramil Cəbrayılov, Vergilər Nazirliyinin Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin elmi işçisi Şəhzadə Mədətova, “Yüksəliş” İctimai Birliyinin əməkdaşı İlahə Həsənova, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının Gənclər Birliyinin sədri İlqar Quliyev, Bakı Biznes Universitetinin maqistri, Tələbə Gənclər Təşkilatının sədri Cəbrayıl Qəmbərov və digər qonaqlar iştirak etdilər.
Qonaqlar Mərkəzin “Muzey” bölməsində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq ümummilli liderin əziz xatirəsini yad etdilər.
Yasamal rayon Gənclər və İdman İdarəsinin rəis müavini Ramil Cəbrayılov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, 2 fevral gününün "Gənclər Günü" kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılması da Ulu Öndərin ölkə gənclərinə hədsiz diqqət və qayğısınının nəticəsidir.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxışında qeyd etdi ki, dövlət gənclər siyasəti Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq daim aparıcı istiqamətlərindən biri olub. Ulu öndərin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, onların sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Əsası Ulu öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti ölkə başçısı İlham Əliyev cənabları tərəfindən uğurla hayata keçirilməklə, keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Dövlət başçısının ölkənin mənafeyi, xalqımızın rifahı naminə gənclərin potensialından tam və düzgün istifadə edilməsi, onların dövlət idarəçilik sisitemində iştirakının təmin edilməsi məqsədilə imzaladığı sərəncamlar gənclərlə bağlı dövlət siyasətinin başlıca istiqamətlərini müəyyən etmişdir.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxışında bildirdi ki,Ulu öndərin gəncliyə və gənclərə etimadı bu gün öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Daha sonra toplantının proqramına müvafiq olaraq, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının Gənclər Birliyinin sədri İlqar Quliyev «Ölkənin ictimai-siyasi həyatında gənclərin rolu» mövzusunda, Bakı Biznes Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Cəbrayıl Qəmbərov «Müasir gənclik və müasir təhsil sistemi» mövzusunda çıxışlar ediblər. Gənclər öz çıxışlarında Azərbaycan gənclərinin bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətlərində onlara arxalanan ölkə Prezidentinin etimadını doğrultmalı olduğunu vurğuladılar.
Sonda müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənc Fəxri Fərmanlarla mükafatlandırıldı.