Yasamal rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qəhrəmanlarından bəhs edən film nümayiş olundu

Yasamal rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi  qəhrəmanlarından bəhs edən film nümayiş olundu

Noyabrın 26-da Yasamal rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qəhrəmanlarından bəhs edən film nümayiş olundu.

Məktəblilər öncə Mərkəzin “Muzey” bölmələri ilə tanış oldular. Burada onlara Mərkəzin bələdçisi Mayrux Cavadova tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verdi.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva məktəblilərə Vətən müharibəsində qazanılan böyük qələbədən, Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolundan danışdı. Qeyd etdi ki, Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək, Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı, xalqımıza qələbə sevincini yaşatdı.

Sonda Yasamal rayon 21 saylı məktəbin müəllim və şagirdləri Vətən müharibəsi qəhrəmanlarından bəhs edən filmi izlədilər.