12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş “Konstitusiya hüquqi dövlət quruculuğunun əsasıdır” mövzusunda tədbir keçirildi

12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş “Konstitusiya hüquqi dövlət quruculuğunun əsasıdır” mövzusunda tədbir keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş “Konstitusiya hüquqi dövlət quruculuğunun əsasıdır” mövzusunda tədbir keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Nəsib Şükürov və Hüquq fakültəsinin tələbələri iştirak etdi.

İlk öncə tədbir iştirakçıları Mərkəzin “Muzey” bölməsi ilə tanış oldular. Burada onlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər haqqında ətraflı məlumat verildi.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başladı.Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova tədbiri giriş sözü ilə açaraq müstəqil Azərbaycan dövlətçiliyinin formalaşması və dövlətin əsası olan ilk konstitusiyasının qəbulunun xalqın təkidi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını diqqətə çatdırdı.

Sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Nəsib Şükürov çıxışında konstitusiyamızın tarixinə və yaranmasına nəzər saldıqda əsas qanunumuzun məhz milli dəyərlərə söykənərək demokratik hüquqi baza üzərində qurulduğunu qeyd etdi.

Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov konstitusiyamızda insan hüquq və azadlıqlarına geniş yer verilməsini qeyd edərək konstitusiyamızın memarı olan Ümmummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzdə bugünki tədbirin keçirilməsini gənclərin konstitusiyamızda təsbit edilmiş qanunları öyrənməsi bu sahədə biliklərinin artırılması və dövlət quruculuğunda yeni nəslin yaxından iştirak etməsində böyük rolu olduğunu bildirdi.

Sonda BDU- nun hüqüq fakültəsinin tələbəsi Mirzəzadə Ceyhun tələbələr adından çıxış edərək,konstitusiyada gənclər haqqında olan qanunların müddəalarından irəli gələn vəzifələrin yerinə yetirilməsinin, gələcək işlərində qanunun aliliyinin qorunmasının onların qarşısında vəzifə borcu olduğunu vurğuladı.