Yasamal rayon Heydər Əliyev Mərkəzində 9 noyabr - Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirildi

 Yasamal rayon Heydər Əliyev Mərkəzində  9 noyabr - Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirildi

Noyabrın 5-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon 21 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə 9 noyabr - Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirildi.

Məktəblilər öncə Mərkəzin Muzey bölmələri ilə tanış oldular. Burada onlara Mərkəzin bələdçisi Mayrux Cavadova tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər haqqında ətraflı məlumat verildi.

Şagirdlər ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Yasamal rayonu Vətən Müharibəsi şəhidləri haqqında hazırlanmış foto-stendlə tanış oldular.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başladı.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva tədbirdə çıxış edərək 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qazandığı böyük qələbədən bəhs edərək, 8 Noyabr -şanlı tariximizə daxil olan Zəfər günü münasibətilə hər kəsi təbrik etdi.

Bildirdi ki, hər il noyabrın 9-u Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla Dövlət Bayrağı günü kimi qeyd olunur. İlk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin təsis etdiyi, ulu öndər Heydər Əliyevin 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi ucaltdığı müqəddəs bayrağımız xalqımızın azadlıq məfkurəsinin, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyinin ən böyük tərənnümçüsüdür. Bayrağımız - milli vəhdətimizin rəmzidir. Bu gün işğaldan azad olunmuş ərazilərdə, Qarabağın ürəyi sayılan Şuşada dalğalanan üçrəngli bayraq Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir.

Yasamal rayon 21 saylı tam orta məktəbin müəllimi Maya Məsmalıyeva çıxışında qeyd etdi ki, Dövlət Bayrağı Günü bu il xalqımız üçün ikiqat bayramdır. Çünki bayram artıq işğaldan azad edilən torpaqlarımızda da qeyd ediləcək.

Tədbirdə Yasamal rayon 21 saylı tam orta məktəbin şagirdlərinin ifasında Vətənə, Bayrağa, Şəhidlərə həsr olunmuş müxtəlif şeirlər səsləndirildi, vətənpərvərlik ruhunda mahnılar ifa olundu.