“Şəhidlər ölməz, vətən bölünməz!” mövzusunda online tədbir keçirildi

“Şəhidlər ölməz, vətən bölünməz!” mövzusunda online tədbir keçirildi

“Şəhidlər ölməz, vətən bölünməz!” mövzusunda online tədbir keçirildi

Sentyabrın 24-də Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzi və Qaradağ rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 27sentyabr – Anım gününə həsr olunmuş “Şəhidlər ölməz, vətən bölünməz!” mövzusunda online tədbir keçirilmişdir. Tədbirdə Suraxanı rayon Heydər Əliyev Mərkəzi, Yasamal rayon Heydər Əliyev Mərkəzi və Qaradağ rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Bülbülə Mədəniyyət evinin direktoru Vəliyev Fazil, şəhid İsmayılzadə Məhəmməd Füzuli oğlunun anası İsmayılova Miranə Yəhya qızı və 270 saylı tam orta məktəbin fəal şagirdi Duyğu Əliyeva iştirak etmişdir.

İlk öncə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Daha sonra Suraxanı rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Aysel Kazımova tədbiri açıq elan etdi.

Rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi haqqında tədbir işirakçıları tərəfindən çıxışlar səsləndirildi.

İlk olaraq Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Zəkiyə Hacıyeva çıxış etdi. Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Həsənova Samirə, ardından baş fond mühafizi Leyla Nəcəfova çıxış etdilər.

Daha sonra Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Məmmədova Şəhla və Lena Əzizova öz çıxışlarında Vətən yolunda şəhidliyin əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsi olduğundan, şəhidlik adının ucalığından, vətən, torpaq uğurunda candan keçən qəhrəman oğullarımızın şücaətindən, öz ömür paylarını gələcək nəsillərin xoşbəxtliyin naminə qurban verməsindən bəhs etdilər.

Tədbir ölümündən sonra “Vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan şəhid İsmayılzadə Məhəmməd Füzuli oğlunun anası İsmayılova Miranə Yəhya qızının çıxışı ilə davam etdirildi. Ardından ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunan Azərbaycan Silahlı Qüvvələrinin kapitanı şəhid Abdullayev Rəşad Arif oğlunun həyat yoldaşı Abdullayeva Gülnarə Sərdar qızı çıxış etdi.

Sonda 270 saylı tam orta məktəbin fəal şagirdi Duyğu Əliyeva tərəfindən “Başını dik tut, şəhid anası” adlı şeir səsləndirildi.