“Zəfər salnaməsinin unudulmaz qəhrəmanları”adlı videokonfrans keçirildi

“Zəfər salnaməsinin unudulmaz qəhrəmanları”adlı videokonfrans keçirildi

“Zəfər salnaməsinin unudulmaz qəhrəmanları”adlı videokonfrans keçirildi

Anım Günü Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq təsis edilib. Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

Anım günü ilə əlaqədar olaraq Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 24 sentyabr 2021-ci il tarixdə “Zəfər salnaməsinin unudulmaz qəhrəmanları” adlı videokonfrans keçirildi.

Videokonfransda Naftalan şəhər İcra Hakimiyyəti İnformasiya təminatı və təhlil sektorunun müdiri Şamxal Hümbətov, Naftalan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Faiqə Ağayeva, SHXÇDX – nın rəis müavini mayor Hikmət Orucov, Naftalan şəhər xəstəxanasının baş həkim əvəzi İlhamə Hüseynova, Samux Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Lənkəran Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıqova, Gəncə Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova, Gəncə Mərkəzləşdirilmiş kitabxana sisteminin 16 № -li kitabxana filialının müdür əvəzi Mirvari Cəfərova, Naftalan Tarix - diyarşünaslıq Muzeyinin muzey baxıcısı Tahirə Tapdıq, Naftalan şəhər 1 saylı tam orta məktəbinin tarix müəlliməsi Kübra Məmmədova, könüllü II Qarabağ müharibəsi qaziləri, Səfərbərliklə hərbi xidmətə yollanmış 44 günlük Vətən müharibəsi iştirakçısı Naftalan şəhər sakini İsa İsayev iştirak ediblər.

Onlayn konfrans formatında keçirilən tədbirdə Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nəsibova Gülnar da iştirak etmişdir.