“8 sentyabr Beynəlxalq Jurnalistika günü” ilə əlaqədar olaraq ”44 günlük savaşa jurnalist baxışı” mövzusunda beynəlxalq onlayn konfrans keçirildi

“8 sentyabr Beynəlxalq Jurnalistika günü” ilə əlaqədar olaraq ”44 günlük savaşa jurnalist baxışı” mövzusunda beynəlxalq onlayn konfrans keçirildi

“8 sentyabr Beynəlxalq Jurnalistika günü” ilə əlaqədar olaraq ”44 günlük savaşa jurnalist baxışı” mövzusunda beynəlxalq onlayn konfrans keçirildi.

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "8 sentyabr Beynəlxalq Jurnalistika günü" ilə əlaqədar olaraq "44 günlük savaşa jurnalist baxışı" mövzusunda beynəlxalq onlayn konfrans keçirildi.

Tədbirin fəxri qonağı Türkiyə Cümhuriyyəti "A Haber" kanalının müxbiri Kerim Ulak oldu.

Tədbir regionlarda fəaliyyət göstərən Gəncə, Sumqayıt, Lənkəran, Abşeron, Şamaxı, Bərdə, Şirvan, Balakən, Ağdam, Qaradağ, Şəki, Xaçmaz, Oğuz, Tovuz, Xızı, Yevlax, Kürdəmir, Tərtər, Naftalan, Zərdab, Hacıqabul Heydər Əliyev Mərkəzlərinin həmçinin Ağdam Tarix Muzeyinin, Samux Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin birgə iştirakı ilə təşkil edilmişdir.

Onlayn konfrans formatında keçirilən tədbirdə Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Cavahir Xalıqova da iştirak edib.