”Nizami Gəncəvi - Azərbaycanın sönməz günəşi” mövzusunda onlayn konfrans keçirildi.

”Nizami Gəncəvi - Azərbaycanın sönməz günəşi” mövzusunda onlayn konfrans keçirildi.

”Nizami Gəncəvi - Azərbaycanın sönməz günəşi” mövzusunda onlayn konfrans keçirildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə "Nizami ili" nin elan olunması ilə əlaqədar olaraq 30.08.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Gəncə Dövlət Mədəniyyət Qoruğu Nizami Gəncəvi Kompleksinin birgə təşkilatçılığı ilə "Nizami Gəncəvi - Azərbaycanın sönməz günəşi" mövzusunda onlayn konfrans keçirildi. Tədbirin fəxri qonaqları Türkiyə Selçuk Üniversitesi öyrətim üyesi Ali Temizel və Məhəmməd Füzuli adına Azərbaycan Əlyazmalar İnstitutunun filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov olmuşdur.

Onlayn konfrans formatında keçirilən tədbirdə Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Günel Həsənova da iştirak edib.