“Unudulmaz lider, dahi şəxsiyyət” adlı onlayn şeir müsabiqəsi qaliblərinin mükafatlandırma tədbiri keçirildi

“Unudulmaz lider, dahi  şəxsiyyət” adlı onlayn  şeir  müsabiqəsi  qaliblərinin mükafatlandırma  tədbiri  keçirildi

Mayın 18-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Unudulmaz lider, dahi şəxsiyyət” adlı onlayn şeir müsabiqəsi qaliblərinin mükafatlandırma tədbiri keçirildi.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova çıxış edərək ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar hər il keçirilən şeir müsabiqəsinin pandemiya ilə əlaqədar olaraq, Mərkəzin sosial şəbəkələrində onlayn səsvermə əsasında keçirildiyini bildirdi və müsabiqə qaliblərini təbrik etdi.

Qeyd edək ki, müsabiqə qalibləri Yasamal rayon Heydər Əliyev Mərkəzinin “İnstagram” səhifəsi üzərindən izləyicilər tərəfindən onlayn səsvermə nəticəsində seçilib.

I yer- Əsədli Sualp Sərxan oğlu

II yer- Xanlayeva Fatimə Namiq qızı

III yer- Şahvələdova Nigar Rüstəm qızı

“Facebook” səhifəsi üzərindən seçilən qaliblər:

I yer- Ələkbərzadə Mətanət Orxan qızı

II yer- Ələkbərzadə Ayxan Orxan oğlu

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Unudulmaz lider, dahi şəxsiyyət” adlı onlayn şeir müsabiqəsi qaliblərinə diplom və hədiyyələr təqdim olundu.

Təqdimetmə mərasimində Muzeylər günü ilə əlaqədar Mərkəzdə keçirilən sərginin qonaqları, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı rəsmi təmsilçisi Növber Ferit Veçhi, Təhsil və Mədəniyyət attaşesi, fotoqraf Tevfik Ulual, Həkəri qəzetinin baş redaktoru, yazıçı Rauf İlyasoğlu, Yazıçılar Birliyinin üzvü, tanınmış uşaq yazıçısı Gülzar İbrahimova, Azərbaycan Rəssamlar ittifaqının üzvləri Elnurə və Aygün İsgəndərovalar iştirak etdi.

Tanınmış uşaq yazıçısı Gülzar İbrahimova müsabiqə qaliblərinə öz kitablarını hədiyyə etdi.

Müsabiqənin təşkil olunmasında iştirakına görə Yasamal rayon Ş.Əfəndizadə adına 13 nömrəli tam orta məktəbin müəllimi Aidə Abbasova fəxri fərmanla təltif olundu.

Sonda qalib iştirakçılar ulu öndərə həsr olunmuş şeirlərini səsləndirdilər.