"NARKOTİKLƏRLƏ VƏ NARKOMANLIQLA MÜBARİZƏNİN AKTUAL PROBLEMLƏRİ" mövzusunda video-müşavirə keçirildi

 "NARKOTİKLƏRLƏ VƏ NARKOMANLIQLA MÜBARİZƏNİN AKTUAL PROBLEMLƏRİ" mövzusunda video-müşavirə keçirildi

Aprelin 15-də Yasamal rayon Gİİ-nin təşkilatçılığı ilə "NARKOTİKLƏRLƏ VƏ NARKOMANLIQLA MÜBARİZƏNİN AKTUAL PROBLEMLƏRİ" mövzusunda video-müşavirə keçirildi. Müşavirədə Yasamal RİH başçısının I müavini H.Əfəndiyev, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbər müavini T.Aydınov, Bakı şəhər GİBİ-nin rəisi R.Abassov, Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin əməkdaşı A.Zeynalov, Bakı şəhər Narkoloji Dispanserin Baş həkimi, həkim-narkoloq Q.Məmmədov, Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi A.Mustafayeva və rayon gəncləri iştirak etdilər.