Vətən Müharibəsi şəhidi mayor FƏRİD ƏLƏKBƏROVUN xatirəsinə həsr olunmuş şahmat üzrə onlayn turnirin rəsmi açılış mərasimi olmuşdur

 Vətən Müharibəsi şəhidi  mayor FƏRİD ƏLƏKBƏROVUN xatirəsinə həsr olunmuş şahmat üzrə onlayn turnirin rəsmi açılış mərasimi olmuşdur

07 aprel 2021-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Yasamal rayon Gənclər və İdman İdarəsinin, İDEA şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi " VƏTƏN UĞRUNDA "," İGİDLİYƏ GÖRƏ ", "ŞUŞANIN AZAD OLUNMASINA GÖRƏ " medalları ilə təltif olunmuş mayor FƏRİD ƏLƏKBƏROVUN xatirəsinə həsr olunmuş şahmat üzrə onlayn turnirin rəsmi açılış mərasimi olmuşdur. Açılış mərasimində Bakı şəhər GİBİ -nin rəisi Raqif Abbasov, Yasamal rayon İH Başçısının müavini Təravət Muradova, şəhid Fərid Ələkbərovun qardaşı Rüfət Ələkbərov, Yasamal rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov, AMVIB Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, turnirin baş hakimi Fidan Talibova, Mərkəzin əməkdaşları və rayon gəncləri iştirak etdilər.