Novruz bayramı xalqımızın ən qiymətli milli-mənəvi dəyərlərindən biridir

Novruz bayramı xalqımızın ən qiymətli milli-mənəvi dəyərlərindən biridir

Qədim dövrlərdə yaranmış Novruz bayramı xalqımızın ən qiymətli milli-mənəvi dəyərlərindən biridir.

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək adət və ənənələri, yüksək mənəviyyatı ilə diqqəti cəlb edib. Min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Zəngin adət-ənənələrimizi özündə cəmləşdirən milli mənəvi dəyərlər sistemində Novruz bayramı özünəməxsus yer tutur.

Milli adət-ənənələrimizə, o cümlədən, Novruz bayramına yüksək qiymət verən ulu öndər Heydər Əliyev bu qədim bayram haqqında demişdir: "Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir".

Çox sevindirici haldır ki, xalqımız bu il Novruz bayramını qələbə sevinci ilə qarşılayır. Qələbə ruhlu bahar bayramı öz gəliş ilə elimizə, ocağımıza bol ruzi-bərəkət və firavanlıq gətirsin.

Novruz bayramı ilə əlaqədar hazırlanmış videoçarxı keçid vasitəsilə izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=CH4kLlnIFWI