"Baykal-Amur magistralının ən böyük stansiyalarından biri olan Anqoy vağzalına ulu öndər Heydər Əliyevin adının verilməsi tarixi bir hadisədir"adlı videoçarx hazırlanıb

"Baykal-Amur magistralının ən böyük stansiyalarından biri olan Anqoy vağzalına ulu öndər Heydər Əliyevin adının verilməsi tarixi bir hadisədir"adlı videoçarx hazırlanıb

1974-cü ildə böyük bir inşaat layihəsinə - Baykal Amur magistralının tikintisinə start verilib. Bu dəmir yolu xəttinin bir çox stansiyalarının tikintisində Sovet İttifaqının müxtəlif respublikalarının nümayəndələri iştirak ediblər. Bu nəqliyyat dəhlizinin yaradılmasına Azərbaycandan olan inşaatçılar da öz töhfələrini veriblər. Layihənin reallaşması üçün sovet ittifaqının rəhbər şəxslərindən olmuş görkəmli siyasi xadimi Heydər Əliyev misilsiz xidmətlər göstərib. Bu xidmətlər indi də Rusiyada yüksək qiymətləndirilir.
Azərbaycanın ümummilli lideri, görkəmli siyasi xadim Heydər Əliyev Baykal Amur Magistralının tikinti dəstələrini formalaşdıran ilk şəxslərdən biri olub. “Əsrin tikintisi” adlandırılan bu miqyaslı layihənin əsas məqsədi Sovet İttifaqının Avrasiya məkanındakı dəmiryol nəqliyyatı nöqtələrini birləşdirmək olub. Uzun illər əvvəl həmin torpaqlara ayaq basan ilk dəstə üzvlərini “Azərbaycan komsomolu” adlandırıblar. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu dövrlərdə Heydər Əliyev Baykal Amur Magistralının tikintisi üzrə komissiyanın rəhbəri olub.
Bu layihədə azərbaycanlı memarlar, layihə ustaları və inşaatçılar böyük iş görüblər. Dəmir yolu boyunca onlar iki qəsəbə salıblar, iki vağzal tikiblər. Azərbaycanlılar inşaat prosesinin hər bir mərhələsində – baş planın hazırlanması və reallaşmasından tutmuş, maddi təminat məsələlərinədək hər bir məsələdə fəal iştirak ediblər. Həmin müddət ərzində Heydər Əliyev hər zaman soydaşlarının yanında olub.
Rusiyada ümummilli lider Heydər Əliyevin Baykal-Amur magistralının reallaşması istiqamətindəki misilsiz xidmətlərini indiyədək xatırlayırlar. 2008-ci ildə bu dəmir yolunun ən böyük stansiyalarından biri olan Anqoy vağzalına Heydər Əliyevin adı verilib.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarının hazırladığı videoçarxı aşağıdakı keçid vasitəsilə izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=T9bOttOpKRI