Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Cəbrayıl rayonunun işğal günü ilə əlaqədar videoçarx hazırlayıb

Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı  Cəbrayıl rayonunun işğal günü ilə əlaqədar videoçarx hazırlayıb

Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir.

Sahəsi 1049.8 kvadrat kilometrdir. Tərkibinə bir şəhər, 2 qəsəbə və 92 kənd daxildir.
Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri, eyni zamanda dini təyinatlı abidələri ilə zəngin rayonlarından hesab olunur.

23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticə­sin­də rayonun yaşayış məskənləri ilə yanaşı, tarixi-dini abidələri də məhv olunmuşdur.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva Cəbrayıl rayonunun işğal günü ilə əlaqədar videoçarx hazırlayıb.

Aşağıdakı keçid vasitəsilə videoçarxı izləyə bilərsiniz..

https://www.youtube.com/watch?v=WdkP6Ccf--s