Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan abadlaşdırma, quruculuq və yaşıllaşdırma işləri bugün də davam etdirilir

 Ulu öndər Heydər Əliyev tərəfindən  əsası qoyulan abadlaşdırma, quruculuq və yaşıllaşdırma işləri bugün də davam etdirilir

Xalqımızın ümummilli lideri Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə (1969-1982) yaşıllığın qədrini bilməyənlərə anlatdı ki, yaşıllıq olmayan yerdə həyat yoxdur. Hər kəs iki ağac əkib böyütməlidir. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra müharibə şəraitində, ağır vəziyyətdə olsaq da, nəinki Bakı şəhərində, eləcə də respublikamızın bütün bölgələrində yaşıllığa diqqət yenidən artırıldı. Yaşıllaşdırma paytaxt Bakıda və Abşeronda bundan sonra başladı.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan yaşıllaşdırma işləri bugün də davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyev Azərbaycan vətəndaşının sosial məsələlərinin həllini, onların sağlamlıqlarının qorunmasını prioritet məsələlərdən biri kimi müəyyənləşdirib. Bu istiqamətdə indiyədək çox sayda layihələr icra olunub.

Ümumiyyətlə, son illər respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Yasamal rayonunda da aparılan abadlıq- quruculuq işləri geniş vüsət alıb. Xüsusilə, yeni parkların salınması, yaşıllıq zolaqlarının genişləndirilməsi, yol infrastrukturunun yenidən qurulması, “Abad həyət” layihəsi çərçivəsində sakinlərin istirahətinin təmin edilməsi, uşaqlar üçün əyləncə mərkəzlərinin yaradılması, səliqə-sahmanın təşkili Yasamal sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır.

Yasamal rayonunda meşə tipli parkın salınması da insan amilinə verilən dəyərin növbəti göstəricisidir.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarının hazırladığı videoçarxı aşağıdakı keçid vasitəsilə izləyə bilərsiniz.

https://m.facebook.com/story.php?story_fbid=854600528401248&id=319041938623779&sfnsn=mo&d=n&vh=e

https://www.youtube.com/watch?v=Zo05kNh79Z0