Mərkəz haqqında məlumat

Yasamal rayon Heydər Əliyev Mərkəzinin açılışı 20 dekabr 2008-ci ildə baş tutmuşdur. Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.

Mərkəz 2011- ci ilin martına kimi Heydər Əliyev Muzey-Məktəb kimi fəaliyyət göstərmişdir.Muzeylərin fəaliyyətinin genişlənməsi ilə əlaqədar olaraq Yasamal rayon Heydər Əliyev muzeyi 2012-ci ilin fevralından Mərkəz adlandırılmışdır.

Yasamal rayon Heydər Əliyev Mərkəzi 6 mərtəbədən ibarət olmaqla, ümumi sahəsi 1078,2 kv.m –dir. Mərkəzdə Ümummilli Liderin geniş miqyaslı siyasi və dövlətçilik fəaliyyətini əks etdirən 281 eksponatdan ibarət ekspozisiya zalı, Heydər Əliyev dövlətçilik irsi və salnamə bölməsi ,kitabxana və informasiya texnologiyaları bölməsi fəaliyyət göstərir.

Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması və digər ictimai- siyasi tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin yeniyetmə və gənclər tərəfindən dərindən öyrənilməsini təmin etmək məqsədilə Mərkəzin eksponatlar və ədəbiyyatlarla təmin olunmuş muzey və kitabxanasının, müasir informasiya kommunikasiya texnologiyaları ilə təmin olunmuş dəyirmi masa və konfrans zalının, mühazirə otağının imkanlarından geniş istifadə etməklə Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin həyat yolu, siyasi fəaliyyəti haqqında müxtəlif mövzulara həsr edilmiş dəyirmi masalar, disputlar, konfranslar, ulu öndərə həsr edilmiş yeni kitabların təqdimat mərasimləri, Azərbaycan tarixinin müxtəlif dövrlərinə həsr edilmiş tədbirlər keçirilir.