Mərkəzin binası

Yasamal rayon Heydər Əliyev Mərkəzi 6 mərtəbədən ibarət olmaqla, ümumi sahəsi 1078,2 kv.m –dir.

Mərkəzin 1-ci mərtəbəsi geniş və işıqlı foyedən ibarətdir. Burada bayram şənliklərinin, tədbirlərin və sərgilərin təşkili üçün əlverişli şərait mövcuddur.

2-ci mərtəbə-Heydər Əliyev dövlətçilik irsi və salnamə bölməsi (dəyirmi masa, konfrans zalı və mühazirə otağı):

Konfrans zalı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyətinə, siyasi irsinə həsr olunan və eləcə də dövlət quruculuğuna, müasir inkişaf istiqamətlərinə, ölkədə, regionda və beynəlxalq aləmdə aktual olan müxtəlif mövzularda mühazirələrin təşkili, dəyirmi masa, disput, elmi praktiki və nəzəri konfrans, seminarlar keçirmək, Heydər Əliyevin həyat və fəaliyyətinə aid sənədli kinofilmlər nümayiş etdirmək üçün nəzərdə tutulmuşdur.

Bu zalda keçirilən tədbirlərdə 50-60 nəfər iştirak edə bilər.

3-cü mərtəbə- Kitabxana və informasiya texnologiyaları bölməsi:

Mərkəzin Kitabxana və informasiya texnologiyaları bölməsi, kitabxana və informasiya otağından ibarətdir. Mərkəzin kitabxana fondunda 1199 nüsxə kitab, jurnal, broşür və digər çap materialları toplanmışdır. Kitabxanadan istifadə edən oxucular Heydər Əliyevin siyasi irsini, fəaliyyətini, qurduğu dövlətçilik ənənələrini, azərbaycançılıq ideyasını kitabxana fondunda olan Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitablar və digər çap materiallarından öyrənərək yararlanırlar. Bundan əlavə kitabxanada dahi şəxsiyyətə həsr olunmuş yeni kitabların təqdimatı, oxucu konfransları, kitab sərgiləri, görüşlər təşkil olunur.

İnformasiya otağında internet vasitəsilə müvafiq saytlardan dahi şəxsiyyət Heydər Əliyevin siyasi irsi, həyatı və fəaliyyəti haqqında məlumatları əldə etmək və müxtəlif kitabxanalarda olan kitabların elektron variantlarından istifadə etmək üçün 8 nəfərlik kompyuter masası var.

4-cü və 5-ci mərtəbə- Muzey bölməsi:

Heydər Əliyev irsinin öyrənilməsini təmin edən əsas bölmələrdən biri də mərkəzin IV və V mərtəbələrində yerləşən muzey bölməsidir. Muzey bölməsində Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin bütün ömür yolunu və fəaliyyətini əks etdirən 281 ədəd eksponat toplanmışdır.