Yap-ın yaranması tarixi zərurət idi

Yap-ın yaranması tarixi zərurət idi
Yap-ın yaranması tarixi zərurət idi 29 illiyini qeyd etdiyimiz YAP-ın yarandığı günləri xatırlayarkən gözümün qarşısında 90-cı illərdə yaşadığım o qəhrəman şəhər dayanır - Naxçıvan. Blokada şəraitində olan şəhər işıqsız, qazsız,susuz,neft lampasına neft tökmək üçün növbələr, soyuq və qaranlıq küçələr. Yaşamaq uğrunda mübarizə aparan bu şəhər SSRİ-nin dağılması barədə bəyanat verir. Bir il sonra qurulacaq Müstəqil Azərbaycanın ilk rüşeymlərini cücərdirdi. O vaxt mən Naxçıvan şəhər Komsomol Komitəsində işləyirdim. Bakıda və Naxçıvanda baş verən 20 yanvar hadisələrinə etiraz əlaməti olaraq Kommunist Partiyasından imtina etdik. 26 yanvar Naxçıvan Vilayət Komsomol Komitəsinin 1-ci katibi Vəli Şahverdiyev bizi yığdı və qərara aldıq ki, Komsomol da buraxılsın, onun yerinə Azərbaycanın Tərəqqisi uğrunda Gənclər İttifaqı yaradılsın. Bu təşkilat bir ilə yaxın fəaliyyət göstərdi. 1990-ci il iyul ayının 22-sində Naxçıvana səs yayıldı ki, Heydər Əliyev Moskvadan Naxçıvana gəlir.Biz onda indiki Heydər Əliyev Muzeyinə yaxın yaşayırdıq. O vaxt ora Azadlıq meydanı adlanırdı. İnsanlar axın – axın meydana toplaşırdılar. Taxtadan hündür kürsü düzəldilmişdi. YAK-40 təyyarəsi göründü. Yarım saat sonra Heydər Əliyev yaxın adamlarının əhatəsində göründü. Bir çox insanlar onunla əl verib görüşür, hal-ehval tuturdular. O, kürsüyə qalxdı və əlini yellədi. Yanımda dayanan iki yaşlı qadın bir –birinə deyirdi : “ Necə də sınıxıb, böyük məmnuniyyətlə ona qulluq edərdik.” Bəli naxçıvanlılar öz nicat yolunu onda gördükləri üçün onu qorumağa çalışırdılar. Heydər Əliyev bir müddət bacısının evində yaşadı. Oraya onunla görüşmək üçün çoxlu adamlar gəlirdi - yerli ziyalılar, jurnalistlər, onun müəllimləri və tələbə dostları, sadə adamlar, siravi naxçıvanlılar. 1990-cı ilin avqust ayının 8-də “Kommunist” qəzeti xəbər vermişdi ki, “Ordubad rayonundakı Əylis kəndinin seçiçiləri öz yığınacaqlarında ittifaq əhəmiyyətli fərdi pensiyası Hedər Əlirza oğlu Əliyevi 349№li Vənənd kənd seçiçi dairəsindən Azərbaycan SSRİ xalq deputatlığına namizəd göstərmişlər.” Həmin ilin avqust günlərində demək olar ki,bütün MR-də bu cür yığıncaqlar keçirilir və çoxları Heydər Əliyevin namizdəliyini irəli sürürdü, lakin sonda O, 340№li Nehrəm seçki dairəsini seçdi. 30 sentyabrda Heydər Əliyev 90 faiz səslə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinə deputat seçildi. 1990-ci il noyabrin 17-də Naxçıvan Ali Məclisinin l sessiyası keçirilirdi. Sessiya Naxçıvan TV ilə birbaşa translyasiya edilirdi. Həmin sessiyada Azərbaycanın üç rəngli bayrağı ilk dəfə olaraq qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar olaraq 2 bəndlik qərar qəbul edilir. Eyni zamanda Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxardılır. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icrası böyük cəsarət tələb edirdi. Bu sessiyada eyni zamanda 20 yanvar hadisələrinə siyasi hüquqi qiymət verilməsi haqqında, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə tarixi qərar qəbul etdi. 1991-ci il sentyabr ayının 3-də Naxçıvan MR Ali Məclisinin Sessiyası H.Əliyevi Naxçıvan MR. Ali Məclisinə sədr seçdi və elə həmin ayda Naxçıvan MR Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında fərman imzalandı. Bir il keçməyəcək Sovet Ordusunun 75-ci diviziyası Naxçıvandan yola salınacaq. Onların Naxçıvandan çıxması Heydər Əliyev tərəfindən məharətlə planlaşdırılır. Nəticədə diviziya komandiri Slabaşeviç zirehli texnikanı, silah-sursatları Naxçıvanda qoyub getmişdir.(daha ətaflı “Unudulmaz şanlı gün”). Belə bir məqamda Heydər Əliyevin Naxçıvanda olması taleyin bu torpağa bəxş etdiyi ən böyük xoşbəxtlik idi. 1992-ci ilin martın 22-25-də Türkiyə Prezidenti T.Özalın və baş nazir Suleyman Dəmirəlin dəvəti ilə Heydər Əliyev Türkiyə Cumhuriyyətinə səfər etdi. Bu səfərdə Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında Əməkdaşlıq haqqında Protokol imzalandı. Həmin ilin mayın 28-də Araz çayı üzərində tikilmiş “Ümid” körpüsünün açılış mərasimi keçirildi. Türkiyənin Naxçıvanda Baş Konsulluğu açıldı. O vaxt ərzaq sarıdan Naxçıvanda vəziyyət çox ağır idi. Bu körpü vasitəsilə Qırmızı Aypara Cəmiyyəti tərəfindən humanitar yardımlar, 22 min ton mazut və s.gətirilməyə başladı. Naxçıvana elektrik enerjisi verildi. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Heydər Əliyevin gördüyü işlər, aldığı tarixi əhəmiyyətli qərarlar MR-nin qurtuluşuna, dirçəlişinə səbəb oldu. 1992-ci ilin oktyabr ayında 91 nəfər ziyalı Heydər Əliyevə YAP-ın yaradılması və ona rəhbərlik etməyə razılıq vermək barədə müraciət etdi. 1991-ci ilin noyabrın 21-də Naxçıvanda C.Məmmədquluzadə adına teatrın binasında 550 nəfərin iştirakı ilə YAP- dünyada analoqu olmayan bir siyası təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyası hakimiyyətə gəldi. Ulu Öndər Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxartdı. 15 iyun 1993-cü ilin oktyabr ayının 3-də keçirilən Prezident seçkilərində xalqın yüksək etimadı ilə prezident seçilməklə ölkədə milli həmrəyliyi və inkişafı təmin etdi. 2003-cü ildə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda böyük quruculuq işlərinə start verildi. Regionların sosial inkişafından başlayaraq Azərbaycanın qonşu ölkələrlə birlikdə həyata keçirilən transmilli layihələr regionun sosial-iqtisadi mənzərəsini dəyişdi. Düşünürəm ki,44 günlük müharibədə əldə etdiyimiz qələbənin kökündə məhz bu dayanır:- milli birlik, güclü dövlət, güclü ordu,güclü iqtisadiyyat. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması və döyüşçülərimizin ruh yüksəkliyi. Bu qələbədə eyni zamanda YAP-ın, onun siyası rəhbərinin məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin məxsusi rolu və təşkilatçılıq qabiliyyəti xüsusi ilə vurğulanmlıdır. Yaşasın Azərbaycan xalqının birliyi və bütövlüyü! Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Zəkiyə Hacıyeva