Şanlı zəfər. Şərəfli missiya..

Şanlı zəfər. Şərəfli  missiya..
Bu gün Zəfər günüdür. 8 noyabr –Zəfər günüdür. Azərbaycan xalqının tarixin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı gün. Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizləndi.1 milyondan artıq insana 30 ilədək bir müddətdə köçkünlük acısı yaşadan, dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib, sərvətini mənimsəyən, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan haqq savaşında məğlub oldu! Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi, qəhrəmanlıqla savaşaraq qələbə qazandı.Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, sücaəti xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Zəfər Günü kimi yazıldı. Prezident İlham Əliyevin özünün də dediyi kimi, o, ata vəsiyyətini, Ümümmilli Lider Heydər Əliyevin ən böyük arzusunu-Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. Son illər baş vermiş hadisələr, proseslərin intensivliyi və mahiyyəti Azərbaycan Prezidentinin bütün fəaliyyətinin məhz torpaqların işğaldan azad olunmasına yönəldiyini bir daha nümayiş etdirir. Qələbəniz canlı şahidi olduğumuz bu gündə duyulan sevinc hissi əvəzolunmazdır.Başda Ali Baş Komandan, Azərbaycan ordusu olmaqla bizə bu sevinci yaşadan hər kəsə sonsuz təşəkkür edirik! Vətən yolunda canlarında köçənləri hörmətli anırıq. Zəfər günümüz mübarək olsun! Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Vüsalə Qasımova