27 Sentyabr- Anım günü
Sentyabrın 27-də təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinin uzun illərdir işğal altında saxladıqları Azərbaycan torpaqlarında, ölkəmizə qarşı geniş miqyaslı hərbi əməliyyatlara başlaməşdır. Erməni silahlılarının bu vandallıqları Ali baş komandanın əmri ilə Azərbaycan Ordusunu əks tədbirlər görməyə vadar etdi və Qarabağ savaşının yeni həlledici mərhələsinin başlanmasına təkan verdi. Dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə keçiriliməsi, vəziyyəti nəzarətdə saxlamağa qadir olan döyüş taktikasi, Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla idarə etməsi qələbəyə gedən yolumuzu daha da tezləşdirdi. Əsasını Heydər Əliyevin qoyduğu ordu quruculuğumuz İlham Əliyevin təşəbbüsü ilə bu dövr ərzində inkişaf etdirilmiş, muasir standatlara cavab verən silahlar və artilleriya eyni zamanda müxtəlif tip qoşun növləri ilə düşmən ordusunun önünə çıxmışdı. Əsgər və zabitlərimiz bu 44 gün ərzində Ermənistanın 30 ilə yaxın bir müddətdə qurduğu istehkamları yararaq keçdi. Ordumuzun qəhrəman övladları böyük şücaət və mərdliklə dağlardan, meşələrdən, sıldırım qayaları keçərək, onlara dırmanaraq əlbəyaxa döyüşdə düşməni məhv edərək müqəddəs torpağlarımızı işğaldan azad etdilər. Torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. İkinci Qarabağ müharibəsində 3 minə yaxın şəhidimiz oldu. Şəhidlərimizin qanı yerdə qalmayıb. Düşməndən intiqamımızı aldıq, ərazi bütövlüyümüzü bərpa etdik və şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah onların yaxınlarına səbir versin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik.