Suraxanı rayon Heydər Əliyev Mərkəzinə ekskursiya

Suraxanı rayon Heydər Əliyev Mərkəzinə ekskursiya
11 iyun 2021-ci il tarixində Suraxanı rayonunda fəaliyyət göstərən 84 saylı tam orta məktəbin şagirdləri Suraxanı rayon Heydər Əliyev Mərkəzini ziyarət etdilər. Ekskursiya iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin Abidəsini ziyarət etdilər.Sonra Mərkəzin bələdçisi Könül Xalıqova Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin siyasi irsini əks etdirən ekspozisiyalarla ,“Muzey”, "Rəsm studiyası", “Kitabxana və İnformasiya Texnologiyaları” bölmələri ilə şagirdləri tanış etdi. Sonda Heydər Əliyevə həsr olunmuş "Əyilməz iradə", "Xilaskar" və "Millət atası" filmləri nümayiş olundu.