Suraxanı rayon Heydər Əliyev Mərkəzi " Qarabağın dirçəlişi-milli ruhun yüksəlişi" layihəsi çərçivəsində təqdim edir: Ağdam rayonu

Suraxanı rayon Heydər Əliyev Mərkəzi " Qarabağın dirçəlişi-milli ruhun yüksəlişi" layihəsi çərçivəsində təqdim edir: Ağdam rayonu
Ağdam rayonu — Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1150 kvadrat km, əhalisi 153000 olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. "Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada "Ağdam" – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı, 15 şərab zavod, 1 şampan zavodu, 10 istirahət mərkəzi, Qarabağın ən böyük musiqi məktəbləri bu rayonda yerləşib.