“Şəhidlər ölməz, vətən bölünməz!”

“Şəhidlər ölməz, vətən bölünməz!”
Suraxanı Rayon Heydər Əliyev Mərkəzi “Şəhidlər ölməz, vətən bölünməz!” adlı layihəyə başlayır. Layihənin məqsədi Vətən uğrunda canından keçən Şəhidlərimizin - Suraxanı rayon şəhidlərinin tanıdılması, xatirələrinin əbədiləşdirilməsidir. 44 günlük Vətən müharibəsi bizə birliyin, əzmin, iradənin gücünü göstərdi, qanları bahasına Qarabağın azad edilməsi uğrunda canından keçən minlərlə Şəhidin hər birini ayrı-ayrılıqda tanımasaqda, hər birinə ayrı-ayrılıqda borcluyuq. Hüququndan keçən hər bir əsgərin qarşısında baş əyir, əziz xatirələrini ehtiramla yad edirik.