Dalğalanan bayrağımız
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin Böyük Elmi işçisi Vüsalə Qasımova Bayraq dövlətin varlığını təsdiqləyən, milləti ucaldan, hər bir vətəndaşı qürurlandıran rəmzdir.Bayraq böyük qüvvədir.Bayraq elə bir qüdrətdir ki, əlində ən qorxunc bir silah tutan məğlubedilməz əsgər də ona baş əyir.Bayraq bir cəsarətdir.Bayraq elə bir şərəfdir ki, xalqların ən böyük şərəfə layiq gördüyü insanlar onun qarşısında diz çöküb öz xalqına sədaqət andı içirlər.Bayraq elə bir müqəddəs varlıqdır ki, onun altında ölmək belə şərəflidir.Bayraq and yerimizdir, andımıza sadiq olaq. Hər yandan üçrəngli Azərbaycan Bayrağının asılması milli həmrəyliyin rəmzi olmaqla yanaşı, həm də böyük zəfərə inamın təzahürüdür.Bu günlərdə əsl vətənpərvərlik və qətiyyətli mövqe nümayiş etdirən Azərbaycan vətəndaşlarının orduya dəstəyi və həmrəyliyi də cəmiyyətimizdə pozitiv atmosfer və qürurverici mənzərə yaradır.Rəşadətli Azərbaycan Ordusunun mətinliyi, mübarizliyi, əzmi, igidliyi, qəhrəmanlığı bu gün vətəndaşlarımız tərəfindən böyük minnətdarlıq və ruh yüksəkliyi ilə qarşılanır.Əlində üçrəngli Azərbaycan bayrağı tutan azyaşlı körpə də, Ali Baş komandanın “İrəli!” əmrini gözləyən gənc də, əlini açıb əsgər və zabitlərimizə dua edən yaşlı nəsil də “Qarabağ Azərbaycandır!” söyləyir. Bu gün kimliyindən, sosial vəziyyətindən, tutduğu mövqeyindən asılı olmayraq hər bir kəs vətən üçün döyüşməyə hazırdır.Çünki Azərbaycan adlı məmləkətdə vətənpərvər qanı daşıyan xalq yaşayır.Və bu xalq 30 ildir ki, qələbə xəbərini gözləyir və artıq demək olar ki, hər gün bu xəbərlər gəlir. Bu birlik, bu böyük ruh yüksəkliyi, bu cür döyüşkən ordunun bu cür qüdrətli dövlətə qələbə yaraşır.Qələbə bizimlədir.Biz hər saat cəbhədən xoş xəbərlər alırıq. Azərbaycan cəmiyyətində yüksək vətənpərvərlik əhval-ruhiyyəsi hökm sürür.Vətəndaşlar könüllü sürətdə döyüşə gedib torpaqlarımızın işğaldan azad olunmasında iştirak etmək istəklərini ifadə edirlər.Bütün cəmiyyətimiz, xalqımız bu məsələdə yekdil mövqedədir, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev və rəşadətli ordumuza güclü dəstək nümayiş etdirir. Bəli, bu gün bayrağını mənliyi, kimliyi hesab edən hər bir Azərbaycan əsgəri işğaldan azad edilən torpaqlarımıza üçrəngli bayrağımızı sancır və sancmaqda davam edir. Qələbə müjdəli tarixi günlərin yaşandığı bir vaxtda küçələrdə, parklarda, evlərin eyvanında, iş yerlərində, hər yanda üçrəngli Azərbaycan bayrağı dalğalanır.Üçrəngli bayrağımızla kifayətlənmiyən sakinlər dövlətimizin çətin anında bizə dəstək olan qardaş dövlətlərin-Türkiyə və Pakistan dövlətlərinin bayraqlarını asmağı da unutmayıblar. Hər yerdə bayraqların asılması isə ordumuzun vacib qələbələr qazandığı bu əlamətdar günlərdə milli həmrəyliyin rəmzi olmaqla yanaşı, həm də böyük zəfərə inamın təzahürüdür. Artıq işğaldan təmizlənən ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır.Arzərbaycan ərazi bötüvlüyünü tam bərpa etməyə yaxınlaşır.Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş, dəqiqliklə hesablanmış strategiyası Azərbaycanın qələbəsini təmin edən əsas amildir. Bu il xüsusi qürur hissi ilə Bayraq Gününü qeyd edirik. 8 noyabr Susa isgaldan azad edildi. Dövlət Bayrağı Günü ərəfəsinde qədim şəhərimiz Şuşanın işğaldan azad edilməsi, müqəddəs bayrağımızın burada dalğalanması Azərbaycanın möhtəşəm qələbəsidir. Biz tariximizin ən şərəfli gününü yaşayırıq. Bu şərəfli tarixi yaradan Ordumuza və Ali Baş Komandana minnətdarıq.Eşq olsun Azərbaycan xalqina.Esq olsun Ali Baş Komandana.