Biz haqq yolundayıq, yumruq kimi birik!

Biz haqq yolundayıq, yumruq kimi birik!
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin Böyük Elmi işçisi Vüsalə Qasımova Prezident İlham Əliyev hər dəfə xalqa müraciət edəndə “Biz zəfər çalacağıq! Qarabağ Azərbaycandır!” deyəndə bir qayda olaraq yumruğunu düyünləyir.Şübhəsiz, bu, Azərbaycan xalqı, Azərbaycan Ordusu tərəfindən erməni hayasızlığına, erməni irticasına, erməni terroruna ən ağır zərbənin vurulacağına işarədir.Bu, həm də xalqımızın işğalçı Ermənistana qarşı mübarizədə birliyin məhsuludur.Prezident İlham Əliyevin birdirdiyi kimi, bizim yumruğumuz sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil:”Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvide bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir”. Bu gün cənab Prezidentin söylədiyi kimi Azərbaycan xalqı üçün dostunu və düşmənini tanıdığı gündür. Bu gün biz müharibə zamanı insan hüquqları, uşaq hüquqları, habelə dinc, mülki şəxslərin günahsız yerə öldürülməsi, xüsusilə də Azərbaycan cəmiyyətində qəzəb və ikrah hissi doğuran onlarla günahsız uşaqların ölməsi, valideynsiz qalması kimi faktları əllərində əsas tutaraq xüsusi hesabatlar hazırlayıb dünyaya bəyan etməli olan beynəlxalq təşkilatların bütün baş verənlərə susması, laqeyd qalması, bir çox hallarda isə birtərəfli, riyakar mövqe tutması, gördüyümüz tərəfkeşlik hallarını təəssüf hissi ilə müşahidə edirik. Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir.Ermənistanın hərbi rəhbərliyi də artıq buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb. Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı qüvvələri dinc sakinləri və mülki infrastrukturunu hədəfə alır. Oktyabrın 28-də saat 13 radələrində Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektərinin yerləşdiyi ərazidə raket zərbələrinin endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs yaralanıb, şəhərdə yerləşən mülki infranstruktur obyektlərinə və nəqliyyat vasitələrinə isə külli miqdarda ziyan dəyib. Cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan soydaşlarımızın raket, mərmi zərbələri altında düşmənə meydan oxuması da birliyimizin nəticəsidir.Bu səbəbdən onlar öz evlərini, yurdlarını tərk etmirlər.Maddi, mənəvi itkilər verən bu şəxslər “Vətən sağ olsun”deyərək, müharibənin davam etdirilməsini və ərazi bütövlüyümüzün bərpasını istəyirlər.Çünki hər kəs əmindir ki, onu qoruyan güclü ordusu və müdrik rəhbəri var.Bir yerdə bir məqam da vurğulamaq yerinə düşərdi.Vətən müharibəsi başlanan ilk gündən Azərbaycanın 50 siyasi partiyası birgə bəyanat yayaraq, işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı Prezident İlham Əliyevin yürütdüyü siyasətə dəstək nümayiş etdirdilər.Bax, budur xalqın birliyi.Bu gün mənfur düşməni təşvişə salan da ele bütün Azərbaycanın tək yumruğa çevrilməsidir.Şübhəsiz, bütün bunlar xalqımızn, millətimizin genetik xarakterindən irəli gəlir.Bu mənada bu gün Azərbaycan həm də dünyaya öz həmrəyliyini nümayiş etdirir.Bu gələcəkdə də böyük qürur, fəxr və ehtiramla anılacaq. Hər gün Azərbaycan torpaqlarına sancıları bayraqlarımız bizi daha da ruhlandırır.Azərbaycan Prezidenti xalqa müraciətini bu sözlərlə tamamlayıb.”Əziz həmvətənlər, mən hələ müharibənin ilk günlərində sizə söz vermişdim ki, biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq.Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”