“ Mülki şəxslərə hücum etmək hərbi cinayətdir”

“ Mülki şəxslərə hücum etmək hərbi cinayətdir”
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin Böyük Elmi işçisi Vüsalə Qasımova Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gece saat 02.00 radələrində cəbhə zonasından kənarda yerləşən, əhalinin sayına görə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub. Məlum olduğu kimi 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alıb yaşayış məntəqələrini ağır artilleriydan atəşə tutaraq terror əməllərini davam etdirir. Ermənistan tərəfindən Azərbaycanlı mülkü əhalini məqsədyönlü şəkildə hədəfə almaq və ağır silahlardan atəşə tutmaq faşizmin və barbarlığın əyani təzahürüdür.Bu, Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsidir.Azərbaycanlı mülki şəxslərin öldürülməsi qanlı cinayətdir. Ermənistan silahlı qüvvələri, yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutmaqla yanaşı, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurur. Bu kimi əməlləri ilə Ermənistan beynəlxalq hümanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını və bu xüsusda üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozur. Ermənistan döyüş meydanında məğlubiyyətə uğrayanda dinc əhaliyə ziyan vurmağa və Azərbaycan Ordusunun əks-hücumunu dayandırmağa çalışaraq alçaq hərəkətlərə əl atır.Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu yalnız hərbi obyektləri hədəfə alır, mülki əhaliyə ümumiyyətlə zərər yetirmir. İnsanların gecə saatlarında evlərində dinc şəkildə yatdığı bir vaxtda onlara qəsdən və məqsədyönlü zərbələrin endirilməsi terrorizmin bir növüdür ve beynəlxalq humanitar hüquq baxımından belə bir əmr verən, bu əmri icra edən hər kəs terrorçudur. Bu hərəkət dünyanın bütün mədəni ölkələri tərəfindən qınanmalı və şübhəsiz ki, bu zərbənin arxasında dayananların hamısının məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi hüquqi instansiyalarda müraciət edilməlidir. Azərbaycan bunu daha evvəl Xocalı hadisələrində də görmüşdü.Vətəndaşlarımıza qarşı törədilən etnik təmizləmə də görmüşdü.Sadəcə, bu gün bir fərq var.Bu gün güclü Azərbaycan dövləti var.Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib, zəfərə doğru irəliləyir!