“Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir”

  “Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir”
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin Böyük Elmi işçisi Vüsalə Qasımova Tarixə nəzər salsaq görərik ki, Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar.Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçib, hər iki dövlətin qurucularının-Ümummilli Lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır.Ümummilli liderimiz Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”, Mustafa Kamal Atatürkün isə “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığ ölkə Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Türkiyə ilə Azərbaycanın möhkəm birliyi var.Əlbəttə ki, bu sülhü, tərəqqini istəməyənlər buna mane olmağa çalışırlar.Amma bu, mümkünsüzdür, cünki artıq birlik yaranıb və bu birlik dünyada sülhün, insanların gələcək xöşbəxt həyatı üçün mədəni müxtəlifliyini təmin etməklə demokratik prinsiplərin bərqərar olmasına xidmət edir. Qardaş Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini müdafiə edir, Azərbaycan da öz növbəsində Türkiyənin üzləşdiyi problemlərin həllində dəstəyini əsirgəmir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycan ilə Türkiyəni dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərlərləri ilə bir-birinə sıx bağlı olan, xalqlarımızın iradəsinə uyöun olaraq sarsılmaz dosluq və qardaşlıq münasibətləri birləşdirir.Bu möhkəm təməllər üzərində qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün mütətəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir” Bütün cəbhə boyu döyüşlər davam edir.Azərbaycan Ordusunun artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir. Bu günlərdə hər bir azərbaycanlının yaşadığı emosional hisslər həqiqətən də ölçülməzdir.Sevinc göz yaşları, cəmiyyətimizin səfərbərlik tələbi və döyüş ruhu məhz həmin hisslərin doğurduğu nəticədir. Bu günün hadisələri göstərir ki, Azırbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır.Cənab İlham Əliyev diqqətə çatdırır ki, “Mən artıq demişəm, demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır:” Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur.Sözdə bir şey deyilir, əməldə başqa şey edilir.Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər..İndi həqiqət anıdır.Sən kimin tərəfindəsən? Haqqın, yoxsa şərin? Dostun, yoxsa düşmənin? Əlbəttə ki, bu günlərdə bizə dəstək olan ölkələri təşkilatları, insanları heç vaxt unutmayacağıq.” Qardaş Türkiyənin dəstəyi nəinki dövlət başçısı səviyyəsində, eyni zamanda sıravi vətəndaşlar tərəfindən də yüksək dəyərləndirilir.Bu gün Azərbaycan və Türkiyə bayraqlarına birgə rast gəlinir.Türkiyənin əksər televiziya kanallarını izlədikcə bu qardaşlığın sarsılmazlığını, Azərbaycanın yaşadıqlarını Türkiyənin öz problemi kimi qəbul etməsindən ancaq və ancaq qürur duymaq olar.İstər Türkiyə Prezidenti, istərsə də digər dövlət rəsmiləri bəyanatlarında Azərbaycanın yanında olduqlarını bildirməklə bərabər, sonadək bu mübarizəni aparacaqlarını vurğulayırlar. Ölkə Prezidenti İlham Əliyev “TRT Haber” televiziya kanalına müsahibəsində bir daha”Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə həmrəyliyin illər keçdikcə daha da mğhkəmləndiyini əsaslı şəkildə diqqətə çatdırdı.