Əziz müəllimlərimiz, bu günün qəhrəman əsgərləri sizin əsərlərinizdir

Əziz müəllimlərimiz, bu günün qəhrəman əsgərləri sizin əsərlərinizdir
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin Böyük Elmi işçisi Vüsalə Qasımova Müəllim-təhsil verəndir, xəyal etməyi öyrədəndir.Müəllim-yol göstərəndir, varlığından xəbərdar edəndir, bizə ilham verəndir, sevdiyimiz işlərlə məşğul olmağı və onların ardınca getməyin nə qədər gözəl olduğunu göstərəndir.Müəllim-biz nə qədər səhv ediriksə səbrlə bizə davranandır, bizi məsuliyyət sahibi edəndir. Müəllim şagirdlərə həyatları boyunca istifadə edə biləcəkləri sehirli bir açar olan oxuma yazma öyrədən insandır.Müəllimlər yaradıcıdırlar, ətrafa güvən və inanac verən, daxili insan sevgisi ilə dolu bir insandır.Müəllimlər ətrafa sevgi yayırlar, bizi doğru istiqamətə yönəldirlər, savadlı olmağımız üçün çalışırlar, bacarıqlarımızın ortaya çıxartmağımıza çalışırlar.Qısacası analarımız bizi dünyaya gətirir, müəllimlər isə yetişdirir. Müəllimlik peşəsi peşə olmaqdan əlavə incə bir sənətə bənzəyir.Müəllimlər onlara əmanət edilən şagirdləri insanlığa faydalı ola biləcək şəkildə yetişdirməyə cəhd edirlər.Baha, biçilməz, bir peşədir müəllimlik.O qədər bahadır ki, dəyərini pulla ölçmək mümkün deyildir.Cəmiyyətə istiqamət verən yalnız və yalnız müəllimlərdir. Məktəb 4 divardan, nə də məkandan ibarətdir.İnsanın əlindən tutub, haqqını verən, aqil insandır müəllim. Biz hamımız həyatımızda əldə etdiyimiz naliyyətlərə, bütün varlığımıza görə müəllimlərə borcluyuq. Məktəbdə müəllimlər bizə vətənpərvər olmağı öyrədirlər.İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. İnsanı vətənə bağlayan və onun müdafiəsinə qalxmağa məcbur edən amillər təkcə ruhunun doğurduğu vəziyyət və şüarları deyil, həmçinin həyatını təmin edən maddi-mənəvi sərvətlərdir. Torpaq, ərazi, suverenlik və müstəqillik məsələsi böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, hər bir dövlətin milli qürür və təhlükəsizlik məsələsidir. Azərbaycan Ordusu 27 sentyabrdan etibarən əks hücumla Ermənistanın işğalı altında olan ərazilərin azad olunması uğrunda bir neçə istiqamətdən uğurlu hərbi əməliyyatları davam etdirir. Prezidentimiz İlham Əliyev bildirmişdir ki ,İndi biz göstərdik kim- kimdir.İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovuruq onları! İşğal olunmuş torpaqlarda azərbaycan bayrağı qaldırılır!.Onların səngərlərində Azərbaycan əsgəri dayanır. Dünən Müzəffər Əsgərlərimiz Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndlərini azad etdilər.Eşq olsun azərbaycan ordusuna.Qarabağ Azərbaycandır. Qarabağ həsrəti ilə yaşadıq, torpaqlarımızın bütövlüyü ali məqsədimiz oldu.Prezidentimizə güvəndik, güclənən dövlətimiz vəsilahlı qüvvələrimiz qələbə əzmimizi daha da möhkəmləndirdi. Azərbaycan torpaqlarının düşmən torpağından tam və birdəflik azad olunacağı tarixə az qalib.Hər gün cəbhədən aldığımız xoş xəbərlər bizi ruhlandırır. Bu gün Vətən uğrunda döyüşən əsgərlərimizin vətənpərvər yetişməsində, onların milli ruhun açılanmasında sizin əməyiniz danılmazdır ƏZİZ MÜƏLLİMLƏR. MÜƏLLİMLƏRİMİZ, MÜƏLLİMLƏR GÜNÜNÜZ MÜBARƏK.