Tariximizin şanlı səhifəsi
14 iyul 1969-cu il ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyinin əsasını qoydu. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsi ilə ölkədə acınacaqlı vəziyyət, əhalinin məmurlar tərəfindən əsassız olaraq incidilmə hallarının, rüşvət və korrupsiyanın qarşısının alınması üçün mühüm tədbirlər hazırlandı. Plenumda təxirəsalınmaz işlərin başlanması, sənayedə, tikintidə, kənd təsərrüfatını əhatə edən məqsədyönlü dəyişikliyin vacibliyi bütün səlahiyyətli şəxslərin qarşısında vacib məsələ kimi qətiləşdirdi.Ulu öndər Heydər Əliyev müdrikliyi və uzaqgörənliyi ilə Müasir Azərbaycanın inkişaf yoluna qədəm qoydu. Respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirtdi.Cəbhədə atəşkəs əldə olundu və nizami ordu quruculuğu prosesinə başlanıldı. Ulu Öndərin işləyib hazırladığı müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını təşkil etdi.Hazırda Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir və bu gün Azərbaycan dünyanın nüfuzlu dövlətləri sırasındadır.