Yaxın mədəniyyət müəssisələri

Suraxanı Gənclər Evi

“Suraxanı Gənclər Evi” Sosial Xidmət Müəssisəsi 9 may 2014-ci il tarixində tikilib istifadəyə verilmişdir. 2 mərtəbədən ibarət olan müəssisənin ümumi sahəsi 1901 kv.m-dir. Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin mənalı həyatı və zəngin siyasi irsi, Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı guşələr yaradılıb.

İstedadlı gəncləri aşkar etmək, gənclərin məlumatlılığını artırmaq, gənclərdə müasir düşüncə tərzinin formalaşdırmaq, onları vətənpərvər ruhda böyütmək, hərtərəfli inkişafları üçün eləcə də, öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması, rayon gənclərindən alınan sorğu əsasında onlara daha yararlı olacaq mövzularda təlim, seminar, kurslar davamlı olaraq təşkili, o cümlədən, gənclərin sağlamlığının qorunması sahəsində və zərərli vərdişlərin yayılmasına qarşı keçirilən silsilə tədbir və yarışların təşkili. Gənclər Evi tərəfindən təşkil olunan aksiya, gəzinti və karaokelərdə gənclərin davamlı olaraq iştirak etmələrini və gənclərin asudə vaxtını səmərəli keçməsini təmin etmək, davamlı olaraq kurs, təlim, seminar, intellektual yarışlar və maarifləndirici tədbirlər həyata keçirmək, gənclərə məlumat, məsləhət, peşə seçimi, könüllülük, gələcək iş fəaliyyəti kimi mövzularda onları düzgün istiqamətləndirmək, həmçinin fərdi inkişaflarına birbaşa dəstək verməkdir.

100 nəfərlik konfrans zalı, 45 nəfərlik dəyirmi masa, “Günəş” rəsm studiyası, videostudiya, psixo-sosial xidmət, rəqs zalı, şahmat otağı, idman zalı, elektron kitabxana, informasiya güşəsi, intellektual klub, tarix klubu.


Qurban Abbasov adına Mədəniyyət sarayı

Qurban Abbasov adına Mədəniyyət sarayı, 1938-ci ildə tikilib. Sarayının fəaliyyəti yüksək bir səviyyədədir. Mədəniyyət sarayında aşağıda adları qeyd olunan on dərnək və təlim ocağı təşkil olunmuşdur: “Fortepiano”, “Rəssamlıq”, “Qarmon”,”Saz”, “Şahmat”, “Rəqs” ,”Fiziki tərbiyə”, “İlkin tibbi yardım”, “M/hazır.(azərb.)”, “M/hazır.(rus.)”. Mədəniyyət sarayında fəaliyyət göstərən dərnəklərdə incəsənətin müxtəlif növləri üzrə dərs alan istedadlı yeniyetmə və gənclərin yaradıcılığının inkişafı və təbliği məqsədilə tədbirlər, sərgilər təşkil edir. Sərgilərdə və tədbirlərdə üstün fərqlənənlərə tərifnamələrlə təltif olunur.

Səttar Bəhlulzadə adına Mədəniyyət sarayı

Səttar Bəhlulzadə adına Mədəniyyət sarayı 1926-ci ildə tikilib, 1932-ci ildən fəaliyyətə başlayıb.Sarayda asagida adlari qeyd olunan kurslar fəaliyyət gostərir.

1.RƏQS
2.RƏSM
3.MƏKTƏBƏQƏDƏR HAZİRLİQ
4.MÜXTƏLİF İDMAN NOVLƏRİ
5.İLKİN TİBBİ YARDİM
6.QADIN BƏRBƏRİ
7.FORTEPİANO
8.RUS DİLİ
9.BİCMƏ-TİKMƏ
10.QİLİNCOYNATMA
və s.
kursu bitirenler SERTİFİKAT ve ŞƏHADƏTNAMƏ ile təltif olunurlar.

Zığ Mədəniyyət evi

Zığ Mədəniyyət evi 1960-cı ildə tkilib.Burada qəsəbə sakinlərinin asudə vaxtının səmərəli təşkili və istirahəti üçün hər cür şərait yaradılıb. Ümumi sahəsi 450 kvadratmetr olan binanın bir hissəsində mədəniyyət evi, digər hissəsində isə Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı filialı yerləşir.

Mirzə Ələkbər Sabir adına Mədəniyyət evi

M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evi ilk olaraq 1904-cü ildə fəhlə özfəaliyyət dərnəyi kimi fəaliyyətə başlamışdır. Balaxanı qəsəbə Cümə məscidinin binasında 1930-1989-cu illərədə klub kimi fəaliyyət göstərmişdir.M.Ə.Sabir adına Mədəyyət evi əvvəllər Balaxanıda böyük mədəniyyət klubu olub və orada respublikanın bir çox görkəmli sənətkarları – Şövkət Ələkbərova, Mirzə Babayev, Məmmədbağır Bağırzadə və başqaları çıxış ediblər.

1990-1991-ci illərdə mədəniyyət klubu fəaliyyətini dayandırıb. 1992-ci ildən Balaxanı qəsəbəsindəki keçmiş “Şahmat klubu”nun binasında fəaliyyət göstərib.2008-ci ildən isə Mədəniyyət evi Balaxanı qəsəbə Şadlıq evinin binasında fəaliyyət göstərir. Mədəniyyət evinin ayrıca binası yoxdur.Mədəniyyət evinin binası Balaxanı qəsəbə İcra Nümayəndəliyinin balansındadır. Həmin bina əvvəllər mədrəsə kimi fəaliyyət göstərmişdir.1901-ci ildə dahi şair M.Ə.Sabir burada dərs demişdir.

22.09.1967-ci ildə M.Ə.Sabir adına Balaxanıqəsəbə Mədəniyyət evinin Xalq teatrı yaranmışdır. Yarandığı gündən bu günə qədər fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi dövr ərzində Respublika üzrə keçirilən Xalq teatrlarının müsabiqələrində müxtəlif illərdə Fəxri fərman və diplomlarla təltif olunub.

18.02.1993-cü ildə M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evində Kukla Xalq teatrı yaradılıb. Kukla Xalq teatrı fəaliyyət göstərdiyi dövr ərzində müxtəlif tamaşalarla Respublika üzrə keçirilən müsabiqələrdə fəxri fərman və diplomlarla təltif olunub.

Hazırda Mədəniyyət evində bədii özfəaliyyət kollektivi,“Fortepiano”, Rəqs, Rəssamlıq kursları fəaliyyət göstərir.

Mədəniyyət evi Balaxanı qəsəbə əhalisinin asudə vaxtının daha səmərəli təşkilində, əlamətdar günlərin və maarifləndirici tədbirlərin keçirilməsində əsas yer tutur.

Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana sistemi

Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemini 2011-ci ildə təşkil olunmuşdur. Mərkəzi Kitabxana və 5 filialdan ibarətdir. Suraxanı rayon Mərkəz- ləşdirilmiş Kitabxana Sisteminin ümumi fondunda 180824 nüsxə kitab vardır və il ərzində 19826 nəfər oxucuya xidmət göstərilir.

Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası

Bülbülə qəsəbəsindəki Üzeyir Hacıbəyov adına kitabxananın əsasında təşkil olunmuşdur. Üzeyir Hacıbəyov adına kitabxana 1930-cu ildə təşkil olunmuş və uzun illər indiki M.Ə.Sabir adına mədəniyyət evinin nəzdində fəaliyyət göstərmişdir. 1953-cü ildən kitabxana sərbəst fəaliyyət göstərmiş və ona dahi bəstəkar Üzeyir Hacıbəyovun adı verilmişdir. 1978 –ci ildə 135 kv.m. sahəsi olan yeni ikimərtəbəli, 4 otaqdan ibarət olan kitabxana binası tikilib istifadəyə verilmişdir. Yeni kitabxananın qiraət zalı, Azərbaycan və rus abonoment şöbəsi, zəngin kitab fondu olmuşdur. Hal-hazırda, Mərkəzi Kitabxananın kitabişləmə və komplektləşdirmə şöbəsi, oxuculara xidmət şöbəsi, metodika və biblioqrafiya şöbəsi, kitabxana - biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi fəaliyyət göstərir. Kitabxana işini qəsəbədə yerləşən 79, 140,208, 226 və 232 sayli məktəblər ilə əlaqəli təşkil edir. Kitabxanada səyyar oxucu xidməti fəaliyyət göstərir. Kitabxana Bülbülə qəsəbəsində yaşayan 26000 nəfər əhaliyə xidmət göstərir.

Mərkəzi Kitabxananın 30301 kitab fondu vardır və il ərzində 1830 oxucuya xidmət göstərilir. Kitabxana Bül-bülə qəsəbəsi, Laçın Səlimov küçəsi,10 ünvanında yerləşir.

Parklar:

Tarixi abidələri :

1. "Atəşgah" məbədgahı

Od məbədi olan «Atəşgah» Bakının 30 kilometrliyində, Abşeron yarımadasında Suraxanı qəsəbəsinin cənubi-şərq hissəsində yerləşir.Məddə Düma, Mendeleyev, Vereşşagin, professor Berezin, akademik Dorn kimi məhşur alim və səyyahlar qalmışlar. «Atəşgah»ın sahəsi 1368 m2 və yaxud 0,14 ha-dır.«Atəşgah» məbədi Azərbaycan SSR Nazirlər Sovetinin 03.01.1964-cu il tarixli, 3 saylı qərarı ilə yaranmışdır.XVII-XVIII əsrlərdə qədim atəşpərəstlər məbədinin qalıqları üzərində, təbii qazın çıxdığı əbədi məşəlin yerində inşa edilmiş bu məbəd 26 hücrədən və mərkəzi səcdəgahdan ibarətdir. 19 dekabr 2007-ci ilə qədər Atəşgah məbədi "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi-memarlıq qoruq-muzeyinin filialı kimi fəaliyyət göstərmişdir.Atəşgah məbədinin özünəməxsusluğu, unikallığı və YUNESKO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilməsi "Atəşgah məbədi" abidəsinin müstəqil fəaliyyətinə və mühafizəsinə zərurət yaratdığından, eyni zamanda burada turizmin inkişaf etdirilməsi məqsədi ilə Azər¬baycan Respublikası Prezidentinin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Atəşgah məbədinin ərazisi Azərbaycan Respublikasının "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğu elan edilmişdir.

2012-ci ilin sentyabrından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədətrafı ərazilərin abadlaşdırılması, yardımçı binaların tikintisi işləri sürətlə həyata keçirilmiş, yeddi ay ərzində başa çatdırılmışdır. Burada kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmış, müasir işıqlandırma sistemi qurulmuşdur.

Qoruğun sahəsi 4,2 min kvadratmetrdən 15 min kvadratmetrə qədər genişləndirilmişdir. Sahəsi iki min kvadratmetrdən artıq olan əsas bina xüsusi memarlıq üslubunda inşa olunmuşdur. Məbədlə həmahəng inşa olunan əsas binada idarə, dəmirçi kürəsi, dəmirçi emalatxanası, mis və çini qablar, taxta üzərində oyma, xalça, kəlağayı və həsir toxuma emalatxanaları, suvenirlər, rəsm qalereyası mövcuddur. Xüsusi memarlıq üslubunda yaradılan muzeydə Bakı şəhəri və Abşeron rayonu ərazisində vaxtilə mövcud olan qədim yaşayış binalarını və abidələri əks etdirən guşələr yaradılmışdır. Burada əcdadlarımızın istifadə etdikləri məişət əşyaları və incəsənət nümunələri nümayiş olunur. Muğam evində isə buraya gələn ziyarətçilərin istirahətinin yüksək səviyyədə təşkili məqsədilə ayrıca guşə yaradılmışdır. Burada Azərbaycan muğamının təbliği məqsədilə müxtəlif konsertlərin təşkili də nəzərdə tutulmuşdur.

2013-cü il martın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Mİlli Məclisin deputatı Mehriban xanım Əliyeva “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olmuşlar.

Atəşgah məbədi XVII-XVIII əsrlərdə təbii qazların çıxdığı “əbədi”, sönməz alovların yerində inşa edilmiş od məbədidir. İndiki ibadətgah da atəşpərəstlərin-zərdüştlərin qədim məbədlərinin yerində tikilmişdir. Bu məbədlər təqribən II-III əsrlərdə inşa edilmişdir. XVII əsrdə məbədin ətrafında bir-birinin yanında ibadətxana, 26 hücrə və karvansara inşa edilmişdir. Vaxtilə hücrələrdə müxtəlif dini ayinlərin icra olunması və oda sitayiş edən kahinlərin fəaliyyəti üçün lazımi şərait də olmuşdur. Məbədə gələn zəvvarlar karvansarada istirahət imkanı da əldə etmişlər. XVIII əsrin əvvəlində məbəd artıq bizim dövrə gəlib çıxdığı şəkli almışdır.

Beşkünc planda tikilmiş abidənin həyətində mərkəzi səcdəgahın yuxarısı günbəzlə tamamlanan dördkünc tikili ucalır. Giriş portalının üstündə Abşeronda ənənəvi olan qonaq otağı - “Balaxana” yerləşir. Yeni memarlıq ənənələri ilə tikilmiş Atəşgah məbədi özündə qədim od səcdəgahlarının elementlərini qoruyub saxlamışdır. Məbədin ən erkən tikilisi olan karvansara 1713-cü ilə aiddir, üstündə qədim sanskrit dilində yazı vardır.

2015-ci il aAprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş vermiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda I Avropa Oyunlarının məşəlini alovlandırılmış, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak etmişlər.

2. Nizaməddin məscidi, XIV əsrdə tikilib, sahəsi -40m2. Hal-hazırda fəaliyyət göstərmir. Qeydiyyatdan keçməyib. Ünvan: Əmircan qəsəbəsi, Əli Bayramov küçəsi

3. İki minarəli İmam Cümə məscidi, 1905-ci ildə tikilib, sahəsi -200m2. Qeydiyyatdan keçib, hal-hazırda fəaliyyət göstərir. Ünvan: Əmircan qəsəbəsi, Vaqif küçəsi

4. Bünyadovlar adına Göyçə məscidi (məhəllə məscidi), 1902-ci ildə tikilib, sahəsi -120m2. Hal-hazırda təmir olunur. Qeydiyyatdan keçməyib. Ünvan: Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi

5. Ağabalabəy məscidi, 1900-cü ildə tikilib, sahəsi -160 kv2. Ünvan: Bülbülə qəsəbəsi

6. Hüseyn və Həzrəti Abbas adına cümə məscidi, 1920-ci ildə tikilib, Ünvan: Hövsan qəsəbəsi, Məktəbli küçəsi

7. Heydər məscidi, 1999-cu ildə tikilib. Ünvan: Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi