Mərkəzin önündəki meydanda Azərbaycan xalqının Ümumilli Lideri, Ulu Öndər Heydər Əliyevin bürüncdən hazırlanmış möhtəşəm abidəsi ucalır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə dəfələrlə Suraxanı rayonunda olmuşdur. Ulu Öndərimiz rayonun müxtəlif müəsissələrində, neft sənayesi müəsissələrində, Suraxanı rayon maşınqayırma zavodunda olmuş və dəfələrlə Suraxanı zəhmətkeşləri ilə görüşmüşdür.Mərkəzin 1-ci mərtəbəsində Ümummilli Lider Heydər Əliyevin Suraxanı rayonuna gəlişlərini əks etdirən foto görüntülər yerləşdirilmişdir.Mərkəzdə, ziyarətə gələnlər Azərbaycan xalqının Ümumilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsi ilə tanış olmaq, əyani vəsaitlərdən istifadə etmək imkanı qazanırlar. Qonaqlar 1-ci mərtəbədə Ulu Öndərin Suraxanı rayonunda müxtəlif tədbirlərdə iştirakını əks etdirən fotoşəkillərlə tanış olmaq imkanı əldə edirlər.
Onlardan biri Ümumilli Liderin 1-ci hakimiyyət dövründə, digəri isə müstəqillik illərində Suraxanı rayonuna gəldiyi səfərləri əks etdirir.

2-ci mərtəbənin baş divarında "" Ulu Öndər-Millət atası " adlı yağlı boya ilə işlənmiş möhtəşəm əsəri yerləşdirilmişdir. (əsərin müəllifi Rəfael Abbasovdur)

2-ci mərtəbədə həmcinin mərkəzi ziyarətə gəlmiş qonaqların,məktəblilərin,tələbələrin Ulu Öndərin zəngin irsini ,həyat və fəaliyyətinin müxtəlif dövrərini öyrənilməsi məqsədi ilə xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş 3 elektron auditoriya yaradılmışdır.

2-ci mərtəbədəki geniş sərgi salonunda Ulu Öndərin həyatının müxtəlif anlarını, fəaliyyətini əks etdirən çoxsaylı şəkillər nümayiş etdirilir.

3-cü mərtəbədə foto slaydlarla təchiz olunmuş rəqəmsal çərçivəərdə "Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir " mövzusunda elektron sərgi nümayiş etdirilir.Hər bir çərçivənin 1qb yaddaşı vardır və hər birinin yaddaşında bəlli bir sayda şəkil yerləşdirilmişdir.Bu şəkillər biri-birini təkrar etmir.

Bu şüşələrin altında qoyulmuş kitablarda Ulu Öndərimizin müxtəlif vaxtlarda etdiyi nitqlərin mətnləri yerləşdirilmişdir.

Sağ və sol divarlarda yerləşdirilmiş plazma panellərdə Heydər Əliyevin Suraxanı rayonunda iştirak etdiyi müxtəlif tədbirlərdə etdiyi çıxışların video görüntüləri yerləşdirilmişdir.

Burada Ulu Öndərimizin müxtəlif ölkələrdə və şəhərlərdə ucaldılan büstlərinin foto göruntüləridə yerləşdirilmişdir.