XXI əsrin informasiya texnalogiyalarının xarekterik inkişaf istiqamətləri içərisində müxtəlif növlü, tipli və məzmunlu sənədləri mühafizə edən elektron informasiya daşıyıcılarının hazırlanması, sistemləşdirilməsi, mühafizəsi və şəbəkə rejimində uzaq məsafədən istifadəsi vacib yer tutur. Bütün bu istiqamətlər kompleks şəkildə elektron kitabxanaların yaradılmasında və elektron kitabxana-informasiya təminatının təşkilində ifadə olunur.

Elektron kitabxana — informasiya cəmiyyətinin baza prinsiplərinə: informasiyanın əmtəəyə çevrilməsi, informasiya bazarının formalaşması, cəmiyyət üzvlərinin peşə və təhsil hazırlığının yüksəlməsinə, qlobal informasiya mühitinin yaranmasına xidmət edir. Elektron kitabxana oxuculara informasiya xidmətinin kompüterləşməsinin nəticəsi olub, yalnız bir xidmət növüdür. O, uzaq məsafədən oxuculara daha dolğun informasiya xidməti göstərərək, bu xidmətin zaman və məkandan asılılığına son qoyur. Ənənəvi kitabxanalarda informasiya xidməti yalnız kitabxananın iş saatı müddətində və məhdud sayda oxuculara göstərildiyi halda, elektron kitabxana sutkanın iyirmi dörd saatı müddətində fəaliyyət göstərir və dünyanın istənilən nöqtəsində yerləşən qeyri-məhdud sayda oxuculara eyni zamanda xidmət edir.



Elektron kitabxanalar müxtəlif sosial qurumlar, o cümlədən, ənənəvi kitabxanalar tərəfindən yaradılan və şəbəkə xidməti imkanlarını xeyli dərəcədə genişləndirən superaçıq informasiya sistemidir. Onlar tarixən mövcud olan şəbəkə kitabxana-informasiya xidmətinin yeni metod, vasitə və texnalogiyalar baxımından məntiqi davamıdır.

Müasir dünya elmi ədəbiyyatında “Elektron kitabxana” anlayışına sinonim kimi “virtual kitabxana”, “şəbəkə kitabxanası”, “divarsız kitabxana”, “hibrid kitabxanas” anlayışları işlədilir.

Elektron kitbaxnaların yardılmasının bir neçə obyektiv səbəbi vardır:

1)istifadəçi müəyyən kitabxanaya gəlmədən, istənilən coğrafi ərazidə yerləşməsindən asılı olmayaraq həmin kitabxananın elektron resusrlarının birbaşa istifadə edə bilər;

2)elektron kitabxana ən qiymətli və nadir nüsxəli ədəbiyyatı mühafizə edir;

3)çap əsərlərini istənilən yerdə oxumaq daha əlverişli və rahatdır;

4)elektron kitabxanaların “qapısı” heç vaxt bağlı olmur;

5)elektron kitabxanaların yaradılmasının obyektiv səbəblərindən biri də ənənəvi kitabxanaların saxlanmasına qənaət edilməsidir. Hazırda elektron kitabxanaların yaradılması ənənəvi kitabxanaların saxlanması xərclərinə və inkişafına sərf olunan xərclərdən çoxdur;

Elektron kitabxana ümumi istifadə üçün açıq olan lokal və uzaq məsafədə yerləşən paylanmış informasiya ehtiyatlarına malikdir. Elektron kitabxanaların informasiya ehtiyatı rəqəmli formada hazırlanmış müxtəlif formatlı sənədlərdən ibarətdir. Bu sənədlərin bir qismi kitabxananın mülkiyyəti olub, mərkəzləşmiş formada elektron kitabxananın Web serverlərində toplanmışdır və ənənəvi ədəbiyyatın elektron nüsxələrindən və kitabxana tərəfindən ödənişli və ya mübadilə üsulu ilə alınmış elektron sənəd və nəşr toplusundan ibarətdir.

Elektron kitabxanalar haqqında elmi fikirlər son illərdə yaranmışdır. XX əsrin 50-ci illərindən başlayaraq elektron kitabxanaların yaradılması və təcrübi olaraq reallaşdırılması üçün milli və transmilli proqram layihələr işlənmiş, təqribən 90-cı illərin əvvəllərindən həmin kitabxanalar fəaliyyət göstərməyə başlamışdır.

Mərkəzin 1-ci mərtəbəsində elektron kitabxana fəaliyyət göstərir.Elektron kitabxanada 200-dən artıq kitabın elektron versiyası kompüterlərin yaddaşına yerləşdirilmişdir,həmin bu kitabların ümumi səhifələrinin sayı 50.000-dən artıqdır.Elektron kitabxana eyni zamanda dünya kitabxana sisteminə qoşulmuşdur.İnternet vasitəsi ilə dünyanın bir sıra kitabxanalarının saytlarına daxil olaraq, orada saxlanılan kitablardan istifadə etmək olar.

Mərkəzin elektron kitabxanasında Ümummilli Liderin irsinin öyrənilməsi və təbliğinə, Azərbaycan tarixinin, təhsilin və mədəniyyətin inkişafına, gənclərin və yeniyetmələrin istedadlarının üzə çıxarılmasına, dövlət qurumları və QHT sektoru ilə əməkdaşlığın inkişafına, milli dəyərlərin qorunmasına, Qarabağ həqiqətlərinə, Azərbaycançılıq ideologiyasının aşılanmasına və sair mövzulara həsr olunmuş tədbirlər, açıq tarix dərsləri, mühazirələr həyata keçirilir.