Azərbaycanın neft sənayesinin inkişafı Suraxanı neft yatağı ilə bağlıdır.

1904-cü ildə dünyada ilk dəfə burada neft yatağının sənaye üsulu ilə istismarı başlanıb. 1994-cü ilin avqustunda bu hadisənin 90 illiyinə həsr olunmuş mərasimdə çıxış edən Prezident Heydər Əliyev Azərbaycan sənayesinin, iqtisadiyyatının inkişafında Suraxanı neftçilərinin böyük rolunu qeyd etmişdi: “Suraxanı neft yataqlarının istismarı respublikamıza böyük fayda vermişdir.

Bu tarixi salnamədə Suraxanı neftçilərinin xüsusi yeri var. Suraxanı neftçiləri və bütün suraxanılılar Azərbaycan tarixində özünəməxsus yer tutmuşlar”.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə dəfələrlə Suraxanı rayonunda olmuşdur.

1970-1984-cü illərdə Ulu Öndər dəfələrlə Suraxanıda olmuşdur. Ulu Öndərimiz rayonun müxtəlif müəsissələrində, neft sənayesi müəsissələrində, Suraxanı rayon maşınqayırma zavodunda olmuş və dəfələrlə Suraxanı zəhmətkeşləri ilə görüşmüşdür.

Sovet İttifaqı communist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini Heydər Əliyev Suraxanı rayonunun daxil olduğu seçki məntəqəsindən SSRİ-Ali Sovetinə deputatlığa namizəd göstərilmiş və 21 fevral 1984-cü il tarixində seçicilərlə görüşmək üçün Suraxanı rayonunda olmuşdur.

Heydər Əliyev 1984-cü ildə Suraxanı rayonunda neft yatağının sənaye üsulu ilə istismara başlanmasının 80 illiyi ilə əlaqədar keçirilən tədbirdə iştirak etmişdir.

1994-cü il avqustun 26-da Suraxanı neft yatağının sənaye üsulu ilə istismara başlanmasının 90 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir.

1997-ci il 27 yanvar tarixində Ulu Öndər Suraxanı rayonunda yerləşən “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin 60 illiyinə və Mərkəzin Olimpiya qurğusunun açılışında həsr olunmuş mərasimdə iştirak etmişdir.

1999-ci il sentyabrın 24-də Suraxanı rayonunun Əmircan qəsəbəsində şair Tofiq Bayramın büstünün açılışında iştirak etmişdir.

1999-cu il iyulun 10 da rayonun Yeni Suraxanı qəsəbəsində inşa edilmiş müxtəlif sosial obyektlərin açılışında iştirak etmişdir.

2002-ci il sentyabrın 2-də 275 saylı orta ümumtəhsil məktəbində bilik günündə iştirak etmişdir.