Suraxanı rayon Heydər Əliyev Mərkəzində Xocalı Faciəsinin XXVIII ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Suraxanı rayon Heydər Əliyev Mərkəzində Xocalı Faciəsinin XXVIII ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin və Suraxanı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı Faciəsinin XXVIII ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov Xocalı Soyqırımının tarixindən, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən edilən qətiyyətli çıxışdan, Ermənistanın baş naziri tərəfindən işlədilən əsassız və tarixi faktlara dayanmayan çıxışlardan danışmış və erməni vəhşiliyinin dünyaya çatdırılması ilə bağlı gənclərə öz tövsiyyələrini vermişdir.
Xocalı faciəsində hər iki valideyinini itirmiş uşaqlardan, bütün üzvləri vəhşicəsinə qətlə yetirilmiş ailələrdən, əsir götürülmüş həmvətənlərimizə qarşı törədilmiş insanlığa sığmayan cinayətlərdən isə Suraxanı rayon Heydər Əliyev Mərkəzinin baş elmi işçisi Vüsalə Qasımova danışmışdır.
Daha sonra rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Zülfiyyə Mustafayeva Heydər Əliyev Fondu, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində İrəli İctimai Birliyi tərəfindən çəkilən "Böyüməyən uşaqlar" filminini təqdimatını etmiş və iştirakçı gənclərə "İrəli" İB tərəfindən sosial şəbəkələrdə başladılmış kampaniyası barədə məlumat vermiş və gəncləri bu kampaniyalarda aktiv olmağa çağırmışdır.
Filmin nümayişindən sonra BMU-nin tələbəsi Təbriz Zərbiyev tərəfindən hərbi-vətənpərvərlik musiqiləri ifa olunmuş və Xocalı Soyqırımının XXVIII ildönümü ilə əlaqədar olaraq 07-11 fevral tarixləri arasında keçirilmiş rəsm müsabiqəsi iştirakçıları təltif olunmuşlar.