Suraxanda ali məktəblərə qəbul olunmuş rayon məktəblərinin məzunları ilə görüş olmuşdur

Suraxanda ali məktəblərə qəbul olunmuş rayon məktəblərinin məzunları ilə görüş olmuşdur

Suraxanı Rayon İcra Hakimiyyətində Dövlət İmtahan Mərkəzinin keçirtdiyi ali məktəblərə qəbul imtahanlarında yaxşı nəticə göstərərək ali məktəblərə qəbul olunmuş rayon məktəblərinin məzunları ilə görüş keçirilmişdir.
Görüşdə iştirak edən rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayon ziyalıları, təhsil işçiləri, ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən 200-dən çox rayon məzunu, ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.