"Qalib Azərbaycan Xalqı"
Suraxanı rayon Heydər Əliyev Mərkəzində 44 günlük haqq savaşımızı Azərbaycan tarixinə qızıl həriflərlə əbədi yazan 8 noyabr Zəfər gününə həsr olunmuş “Qalib Azərbaycan Xalqı” adlı tədbir keçirildi. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının şəxsi heyəti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçuları, Qarabağ müharibəsinin qəhrəman iştirakçıları, şəhid ailələri, qazilər, Baş Leytinant Qasım Qasımov, Kapitan Yusif Hümbətov, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, Q.Abbasov adına Mədəniyyət sarayının bədii rəhbəri şəhid bacısı Bəhriyyə Nağıyeva, Bülbülə Mədəniyyət evinin direktoru Fazil Vəliyev, Suraxanı rayonunda fəaliyyət göstərən 97, 114 və 270 saylı tam orta məktəblərin şagirdləri iştirak etdilər. Tədbir Dövlət himninin səslənməsi ilə acıq elan olundu və sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Vətən müharibəsindəki möhtəşəm qələbəmizdən, dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə tükənməyən qayğısından, dövlət başçımız cənab İlham Əliyevin öz vətəndaşlarına nə qədər bağlı olduğundan bəhs edildi. Gənc nəsil və müasir gənclərimiz şəhidlərimizin qanı, canı bahasına əldə olunmuş qələbəmizin, müstəqilliyimizin qədrini bilməli, daima qoruyub saxlamalı və özlərindən sonrakı gələcək nəsillərə ötürməli olduğunu vurğulandı. Məktəblilərin ifasında şeir, mahnı və kompozisiyalar səsləndi, Vətən müharibəsində qələbəyə həsr olunmuş video çarxlar nümayiş olundu. Vətən müharibəsinin iştirakçıları gənclərə döyüş əməliyyatlarından, əsgərlərimizin qəhrəmanlıqlarından danışıdılar, kursant və şagirdləri maraqlandıran sualları cavablandırdılar.