“Uşaqlar gələcəyimizdir” adlı tədbir keçirilib

“Uşaqlar gələcəyimizdir” adlı tədbir keçirilib
Suraxanı rayon Heydər Əliyev Mərkəzində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqlar gələcəyimizdir” adlı tədbir keçirilib. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və icra nümayəndələri, rayon məktəbliləri, II Qarabağ uğrunda döyüşlərdə canlarından keçən şəhid və qazi uşaqları, rayon ictimaiyyəti iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Mərkəzdə Heydər Əliyevin irsi ilə yaxından tanış olub. Sonra Mərkəzin rəssamının və dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hazırlanan tədbirin ssenarisinə uyğun olaraq uşaqlara şar və rəngli kağızlar paylanıb, müxtəlif oyunlar və kompozisiya təşkil edilib. Tədbir Ulu Öndər Heydər Əliyevin abidəsinin qarşısında xatirə şəkli çəkdirməklə yekunlaşıb.