Rəsm dərnəyi

Şəkil çəkmək uşaq üçün yalnız bir fəaliyyətdən ibarət deyil, bərabərində bir çox faydası vardır. Bu faydalar aşağıdakı kimi verilə bilər: Uşaq yeni rəsm çəkdiyində məmnuniyyət duyur və özünə inam yaranır. Ətrafınızdan dəstək alsa, bu məmnuniyyət səviyyəsi yüksəlir. Şəkil şəxsiyyəti, istəkləri və narahatlıqlarını əks etdirən bir ünsiyyət vasitəsidir. O, çəkdiyi rənglərlə, çəkdiyi xətləri ilə daxili dünyanısını əks etdirir. Uşaqlar çəkdikləri şəkil ilə birlikdə, istifadə etdikləri boya qələmləri ilə, müxtəlif fırça zərbələri ilə gün içində yaşadıqları müxtəlif qəzəbləri, sevincləri, içlərində yığılan enerjini qanuni bir şəkildə boşaltma imkanı taparlar.

Şəkil mövzusundakı qabiliyyətinizi inkişaf etdirən ən gözəl mühitlərdən biri də Suraxanı rayonu Heydər Əliyev Mərkəzində təşkil olunmuş Rəsm dərnəyidir. Burada kiçik və böyük yaş qurupları üzrə resm dersləri tədris olunur. Müxtəlif mövzularda rəsm əsərləri işlənilir. Mərkəzində mütamadi olaraq rəsm dərnəyində iştirak edən şagirdlərin işlərindən ibarət sərgilər təşkil olunur ,seçilən şagirdlər mükafat və diplomlarla təltif olunurlar.