Ermənistan təcavüzünün nəticələri

Azərbaycan xalqı öz təbiəti, xarakteri etibarilə həmişə mülayim və sülhsevər olmuşdur. O, heç kəsin torpağına göz dikməmiş, kiməsə təcavüz etməyi özünə rəva görməmişdir. Xalqımız yalnız öz doğma yurdunu, doğma torpağını qorumuş, lazım gələndə canını belə bu yolda qurban verməkdən çəkinməmişdir. Xalqımızın içərisindən əsr-əsr, qərinə-qərinə igid ərlər, kişi qeyrətli qadınlar meydana çıxmış, Azərbaycana solmaz şöhrətlər qazandırmış, onu qəhrəmanlar diyarı kimi Qaçaq Nəbi, Həcər kimi yüzlərlə, minlərlə qəhrəman oğul və qızları heç vaxt onu düşmənə baş əyməyə qoymamışdır. Son dövrlərin zorla cəlb edildiyimiz torpaq savaşından Vətən uğrunda tərəddüd etmədən həyatını qurban verən qəhrəman oğul və qızlarımız, vətənpərvər övladlarımızın rəşadət və igidlikləri məhz igid babalarımızın, qeyrətli nənələrimizin solmaz döyüş şöhrətinin bariz təcəssümüdür. Bu savaş göstərdi ki, Azərbaycanda vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğul və qızlarımız çoxdur.

Bu savaşlarda Suraxanı rayonundan 318 nəfər səhid, 290 nəfər müxtəlif dərəcəli əlil olmuşdur. 8 nəfər Milli qəhrəman adını almışdır.

1.Bağırov Tahir Əminağa oğlu-Xətai rayon 59 saylı məktəb,Əmircan qəsəbəsində küçəyə adı verilib

2.Alıcanov Rafiq Tofiq oğlu-Ağstafa rayonnun Köçvəli kəndində orta məktəbə və Qaraçuxur qəsəbəsində küçəyə adı verilib

3.Əliyev Nadir Alış oğlu-Suraxanı rayonunda yerləşən 282 saylı məktəbbə adı verilib və yaşadığı binanın önünə xatirə lövhəsi vurulub

4.Rəhimov Cavanşir İzzət oğlu-Suraxanı rayonunda yerləşən 146 saylı məktəbbə adı verilib, Qaraçur qəsbəsinin Neftçilər parkında büstü qoyulub

5.Mehdiyev Fazil Ümid oğlu -Nəsimi rayonunda büstü qoyulub,Səbail rayonunda adına küçə verilib

6.Kovalyov Yuri Petroviç-Nizami rayonunda yerləşən 229 saylı məktəbə adı verilib

7.Rzayev Canpolad Yaqub-Qaraçuxur qəsəbəsi, Yeni Günəşli AB yaşayış sahəsi, ev 139 mənzil 128

8.Qubadov Arif Vəliş oğlu-Qaraçuxur qəsəbəsi, Yeni Günəşli AB yaşayış sahəsi, ev 8 mənzil 97