Suraxanı rayonu Bakı şəhərinin cənub-şərqində yerləşir və ərazisinin 13 kilometri Xəzər dənizi ilə əhatə olunmuşdur.Rayon ərazisinin şərq hissəsi-Xəzər rayonu, şimal hissəsi-Sabunçu rayonu,qərb hissəsi-Nizami və Xətai rayonları ilə həmsərhəddir.

Ərazisi 122 kvadrat kilometr, əhalisinin sayı 212,2 min nəfərdir.

Rayonun inzibati ərazi vahidliyinə 6 qəsəbə daxildir : Əmircan, Bülbülə, Qaraçuxur, Hövsan, Yeni Suraxanı və Zığ.

Rayon ərazisində 1880-ci ildən etibarən dəmir yolu xətti çəkilmişdir və hal-hazırda fəaliyyət göstərir.Avtomobil yollarının uzunluğu - 275 km dir.

Rayon ərazisində 35 məktəb, 35 məktəbəqədər tərbiyə müəssisəsi, 1 uşaq evi, 1 internat məktəbi, 25 istirahət pakı, 8 mədəniyyət sarayı, 7 kitabxana,17 səhiyyə müəsissəsi, 4 bank filialı, 1 siğorta şirkəti, 37-QHT və ictimai birlik, 12 məscid, 58 iri sənaye müəsissəsi fəaliyyət göstərir. Rayonda 10 ATS, 53258 telefon abonenti, 14 poçt idarəsi var.

Orta məktəblərdə müəllimlərin sayı – 4191 nəfər,

Təhsil alan şagirdlərin sayı - 32978 nəfər

Həkimlərin sayı – 437 nəfər

Qaçqınların sayı - 8386 nəfər

Məcburi köçkünlərin sayı – 21368 nəfər

Təqaüdçülərin ümumi sayı – 27366 nəfər

Neft və təbii qaz ilə zəngin rayonun iqtisadiyyatının əsasını neftqaz və maşınqayırma sənayesi təşkil edir. Hövsan qəsəbəsində quşçuluq və zeytunçuluq, Zığ qəsəbəsində isə fərdi maldarlıq təsərrüfatları inkişaf etmişdir.

Əmircan qəsəbəsində “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu yerləşir.

Yeni Suraxanı qəsəbəsində yerləşən 2 saylı Bərpa xəstəxanasında kükürdlü su ilə oynaqların, fəqərələrin iltihabı və mübadilə xəstəliklərindən müalicə olunurlar.

Zığ qəsəbəsində yerləşən “Duzlu göl”dən insanlar dəri və oynaq xəstəliklərinin müəlicəsi üçün istifadə edir.

Samur-Abşeron su kanalı, Hövsan-Digah-Qaradağ maqistral qaz kəməri, Bakı-Novorossiysk neft kəməri rayonun ərazisindən keçir.

Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunda xüsusi əhəmiyyət kəsb edən Heydər Əliyev prospekti, Zığ - Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil beton yolu rayonun ərazisindən keçir.