Suraxanı rayon Heydər Əliyev Mərkəzi " Heydər Əliyev parkı " nın əngözəl guşəsində, Suraxanı rayon İcra Hakimiyyətinin yeni inzibati binasının sağ tərəfində özünəməxsusu xüsusi bir layihə ilə inşa edilmişdir.

Bina 3 mərtəbəli olmaqla, ümumi sahəsi 1080 kvadrat metrdir. Hər mərtəbə 360 kvadrat metrdir. Ətrafında tikilmiş tağbəndlərdən ibarət dekorativ divar binanın görünüşünü daha da gözəlləşdirir.

Mərkəzin önündəki meydanda Azərbaycan xalqının Ümumilli Lideri, Ulu Öndər Heydər Əliyevin bürüncdən hazırlanmış möhtəşəm abidəsi ucalır.

2009-cu il may ayının 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin açılışı bildirən qırmızı lenti kəsməsi ilə fəaliyyətə başlayan Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ötən illər ərzində rayonun ideoloji qərargahına çevrilmişdir.