Lökbatan qəsəbəsinin Nizami küçəsində yeni salınmış növbəti abad məhəllənin açılışı olmuşdur

Lökbatan qəsəbəsinin Nizami küçəsində yeni salınmış növbəti abad məhəllənin açılışı olmuşdur

07 oktyabr 2019-cu il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Lökbatan qəsəbəsinin Nizami küçəsində yeni salınmış abad məhəllən açılışında iştirak etmişdir.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü və rayon İcra hakimiyyəti başçısının səyyar qəbul-görüşündə Lökbatan qəsəbə sakinlərinin müraciətləri nəzərə alınaraq çoxmərtəbəli yaşayış binalarının əhatə etdiyi ərazidə yaradılmış nümunəvi abad məhəllənin açılış mərasimi keçirilmiş və sakinlərin istifadəsinə verilmişdir.
Açılış mərasimində rayon İcra hakimiyyəti başçısı aparatı, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etdilər.
Açılış mərasimində çıxış edən natiqlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətləri, onun siyasi irsinin təbliğinin əhəmiyyəti, ulu öndərin siyasi-iqtisadi və sosial kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və digər aktual məsələlərdən danışaraq, ölkə Başçısının yerli İcra Hakimiyyətləri və yerli özünüidarəetmə orqanları qarşısında əhalinin sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsinə dair verdiyi tapşırıqlar, bu sahədə kompleks tədbirlərin keçirilməsinə xidmət edən Dövlət Proqramlarının icrası vəziyyətinə də toxunmuşlar.
Yeni salınmış abad məhəllə orada yerləşən beşmərtəbəli, onbloklu binada yaşayan 100 ailənin istifadəsinə verilmişdir.
Aparılmış abadlıq işləri çərçivəsində binanın giriş qəfəsləri təmir edilmiş, boyanmış və işıqlandırma sistemi çəkilmiş, 10 ədəd dəmir qəfəs qapıları quraşdırılmış, dəmir barmaqlıqlar rənglənmişdir. Salınmış abad məhəllədə 1000 kv metr sahəyə qazon döşənmiş, 250 kub münbit torpaq daşınmışdır. Binanın ətrafına 5500 kvadrat metr asfalt örtüyü vurulmuşdur. 2600 metr uzunluğunda asfalt üstü üfüqi xətlər çəkilmişdir.
Ümumilikdə görülmüş abadlıq işləri çərçivəsində bu ərazidə 160 kvadrat tamet, 500 kvadrat aqlay daşları döşənmiş, 300 metr səki daşı quraşdırılmış, 2000 metr dam örtüyü salınmış, 12000 kvadrat metr boyaq işi görülmüşdür. Abad məhəlləyə yaxın ərazilərdə fərdi yaşayış evlərinin divarları suvanmış və boya ilə rənglənmişdir.
Salınmış abad məhəllədə 2 kölgəlik, 7 oturacaq, 2 uşaq sürüşkəni quraşdırılmışdır.
Binanın ətrafında Eldar şamı, aleandra v’ müxtəlif bəzək ağacları əkilmişdir. Salınmış yaşıllıqlara aqrotexniki qulluğun göstərilməsi üçün 200 m su xətti çəkilmişdir.
Açılış mərasimində iştirak edən ağsaqqallar çıxış edərək əhalinin sosial problemlərinin həlli istiqamətində Qaradağ rayonunda müsbət təcrübənin olduğunu və bu işlərin bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd etdilər.
Çıxış edən sakinlər nümunəvi abad məhəllənin yaradılmasına görə ölkə rəhbərliyinə, rayon İcra hakimiyyətinə öz minnətdarlıqlarını çatdırdılar.