Azərbaycan xalqının igid övladı - Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov

Azərbaycan xalqının igid övladı - Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov

Azərbaycan Respublikası Prezident cənab İlham Əliyevin 11 avqust 2020 – ci il Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi qeyd edilməsi haqqında imzaladığı sərəncama əsasən Azərbaycan İstiqlal Muzeyində 18 sentyabr 2020 – ci ildə Zoom internet proqramı üzərindən online tədbir – sərgi keçirilib.

Tədbiri çıxış sözü ilə Azərbaycan İstiqlal Muzeyinin icraçı direktoru Sədi Mirseyibli İkinci Dünya müharibəsində Azərbaycanın rolu haqqında tədbir iştirakçılarına məlumat veriv. Sonra Fransada yaşayan əslən azərbaycanlı yazıçı, tərcüməçi Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılova həsr olunmuş “Bir Ömür İki Tale” kitabının müəllifi Şahin Sinaria tədbirdə çıxış edərək kitab haqqında online tədbir iştirakçılarına ətraflı məlumat verib. Tədbirə Şəki şəhərindən qoşulmuş qəhrəmanın oğlu Cavanşir Cəbrayılov atasının döyüş yolu, həyatı və fəaliyyəti haqqında xatirələrini bölüşdü.

Online tədbir – sərgidə UAFA Azərbaycanın üzvləri, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Samirə Həsənova ,regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin direktorları, Xətai rayonu 265 nömrəli tam orta məktəbin, Tovuz rayonu Nəsrəddin Tusi adına tam orta məktəbin, Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin şagirdləri, müəllimləri və doun sindromlu gənclər iştirak etdilər.