1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndikdən sonra 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra, iyunun 1-i “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi tarixə düşüb.

Dünyanın əksər ölkələrində olduğu kimi, 1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” Azərbaycan Respublikasında da qeyd edilir.

Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasına qoşulmuşdur.

Uşaq hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləmək və uşaqların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə 19 may 1998-ci ildə “Uşaq hüquqları” haqqında Qanun qəbul edilmişdir.

Qaradağ rayon Heydər Əliyev Mərkəzinin kollektivi 1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə bütün uşaqları təbrik edir, onlara xoşbəxt və firavan gələcək arzu edir.